--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Beş sosial islahat paketi 4 milyon vətəndaşa fayda verib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:30 1044 baxış

Nazir müavini: Son 7 ildə sosial dəstək tədbirləri əhəmiyyətli nəticələr verib

Elpress.az xəbər verir ki, Son yeddi il ərzində Azərbaycanda həyata keçirilən beş sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib.Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında keçirilən panel sessiyada məlumat verib.Onun sözlərinə görə, sosial islahatlar, o cümlədən mina qurbanları və onların ailələri üçün sosial müdafiə sisteminin əhəmiyyətli dərəcədə gücləndirilməsinə imkan yaradıb. Dövlət tərəfindən mənzil, mobillik və təhsil sahələrində də genişmiqyaslı dəstək tədbirləri həyata keçirilib.Bildirilib ki, əlilliyi olan şəxslərə və müvafiq kateqoriyalara aid digər şəxslərə 16 mindən çox mənzil təqdim olunub. Mənzillərin 7 300-ü Vətən müharibəsindən sonra verilib. Bundan əlavə, müharibə ilə əlaqədar əlilliyi olan 7 700 şəxs dövlət hesabına avtomobillə təmin edilib.Hidayət Abdullayev Azərbaycanın müasir və əlçatan reabilitasiya sisteminin qurulması istiqamətində də əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirib. Hazırda protez-ortopedik istehsal və reabilitasiya mərkəzləri ilə birlikdə 15 reabilitasiya müəssisəsində stasionar, ambulator, icma əsaslı, səyyar və onlayn formatlarda tibbi, sosial və psixoloji reabilitasiya xidmətləri göstərilir.Nazir müavini qeyd edib ki, Vətən müharibəsi başa çatdıqdan sonra müharibə ilə əlaqədar əlilliyi olan 3 800-dən çox şəxs reabilitasiya və psixoloji dəstək alıb. 2 500-dən çox şəxsə 100 mindən artıq reabilitasiya vasitəsi təqdim edilib. Əzalarını itirmiş 500-dən çox hərbi qulluqçu isə 624 müasir protezlə təmin olunub.Onun sözlərinə görə, avqustun 1-nə olan məlumata əsasən, müharibədən sonrakı sosial dəstək paketi çərçivəsində 435 min xidmət göstərilib və tədbirlər 132 min şəxsi əhatə edib.Bundan başqa, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq nəticəsində dövlət tərəfindən maliyyələşdirilən reabilitasiya vasitələrinin çeşidi təxminən dörd dəfə genişləndirilib. Belə ki, onların sayı 34-dən 130-a çatdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda 71 məzun qızıl və gümüş nişanla təltif olunub

Next Article

Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şuşada yeni yaşayış kompleksi ziyarət olundu

Aysel Əlibəyli 23 İyun 2026 · 13:48 1122 baxış İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilən birinci yaşayış kompleksində olublar. Görüş zamanı qonaqlara kompleks barədə məlumat […]

İranda Milli Birlik Vurğusu: Parçalanma Yoxdur

Elşən 24 Aprel 2026 · 09:46 1116 baxış İranın prezidenti Məsud Pezeşkian və parlament sədri Məhəmməd Bager Qalibaf ölkədə milli həmrəyliyin möhkəm şəkildə qorunduğunu, cəmiyyətdə heç bir parçalanma olmadığını bəyan ediblər. Elpress.az APA-ya istinadən xəbər […]

Azərbaycan və Belarus XİN-ləri siyasi məsləhətləşmələr aparıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 19:45 1036 baxış Bakının və Minskın strateji tərəfdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub Elpress.az xəbər verir ki, Azərbaycan və Belarus xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.Avqustun […]

Ərdoğanın dəvəti əsasında Türkiyəyə səfər etdi.

Aysel Əlibəyli 08 İyun 2026 · 20:22 1104 baxış Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela prezidentinin vəzifələrini icra edən Delsi Rodriqez ilə görüşüb. Delsi Rodriqez Türkiyəyə Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edib. Məlumata görə, […]