--:--:-- | 25 Avqust 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bayramov və Lavrovdan mühüm görüş: Əsas müzakirə mövzuları açıqlandı

Aysel Əlibəyli 17 İyul 2026 · 17:27 1052 baxış

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Elpress.az xəbər verir ki , Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı siyasi, iqtisadi-ticarət, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Tərəflər Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, ali və yüksək səviyyədə əldə edilmiş razılaşmaların icra vəziyyətini nəzərdən keçiriblər.Nazirlər ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti və Azərbaycan-Rusiya İşgüzar Şurasının rolu barədə də fikir mübadiləsi aparıblar. Eyni zamanda, qlobal iqtisadi çətinliklərə baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsinin müsbət dinamika ilə davam etdiyi bildirilib.Görüşdə regional nəqliyyat layihələrinin və nəqliyyat bağlantılarının inkişafının regionun iqtisadi dayanıqlığının gücləndirilməsində mühüm rol oynadığı qeyd olunub. Bildirilib ki, bu layihələr qarşılıqlı fayda prinsipi əsasında həyata keçirilməli, etimadın möhkəmlənməsinə, iqtisadi inkişafın genişlənməsinə, eləcə də regionda sülh və sabitliyin təmin olunmasına töhfə verməlidir.Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə edib, görüşdən sonra keçirilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.Səfər çərçivəsində Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında 2026–2027-ci illər üzrə Məsləhətləşmələr Planı da imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Arvadını bıçaqladıqdan sonra özünə xəsarət yetirməkdə şübhəli bilinir

Next Article

Robert Smitdən Dünya Kuboku finalındakı şouya sərt reaksiya: “Çörək və tamaşa”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda İƏT Parlament İttifaqının sessiyası keçiriləcək

Aysel Əlibəyli 18 İyun 2026 · 16:56 1122 baxış İyunun 22-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzv parlamentlərinin Parlament İttifaqı Konfransının 20-ci sessiyası öz işinə başlayacaq. Tədbirdə 40-dan çox ölkənin parlament nümayəndə heyətləri, 10-dan çox ölkə […]

İlham Əliyev Ukraynanın sabiq prezidenti ilə görüşüb

Aysel Əlibəyli 17 Avqust 2026 · 13:46 1020 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb. Görüş zamanı tərəflər 20 ildən artıq davam edən […]