--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

3 sentyabr – Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 09:52 1044 baxış

Elpress.az xəbər verir ki, 3 sentyabr Azərbaycan dövlətçilik tarixində mühüm siyasi hadisə ilə yadda qalıb.

1991-ci ilin bu günü görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib.Həmin gün Ali Məclisin fövqəladə sessiyası keçirilib. Sessiyada iştirak edən deputatlarla yanaşı, iclas zalının qarşısına toplaşan minlərlə vətəndaş da Heydər Əliyevin Ali Məclisə rəhbərlik etməsini tələb edib.Nəticədə Heydər Əliyev Ali Məclisin Sədri seçilib. Bu hadisə Azərbaycanın müstəqilliyə doğru irəlilədiyi mürəkkəb siyasi dövrdə mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir.

Naxçıvanda həmin dövrdə qəbul edilən mühüm siyasi qərarlar Azərbaycanın dövlət müstəqilliyinin bərpası istiqamətində atılan addımların əsasını təşkil edib.3 sentyabr 1991-ci il həmçinin Heydər Əliyevə xalqın böyük etimadının nümayişi və onun siyasi fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanın ilk qadın idman ustası Züleyxa Hacıyeva vəfat edib

Next Article

Deputat Pərvanə Vəliyeva COP17-də çıxış edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

NK məcburi köçkünlərlə bağlı qaydanı təsdiqləyəcək

Aysel Əlibəyli 23 İyul 2026 · 13:42 1066 baxış Nazirlər Kabineti azad edilmiş ərazilərə köçürülən məcburi köçkünlərə veriləcək yaşayış sahələrinin mülkiyyətə verilməsi qaydasını dörd ay ərzində təsdiqləyəcək. Elpress.az xəbər verir ki, Prezidentin fərmanına əsasən, Nazirlər […]

Ceyhun Bayramovdan Ermənistanla bağlı vacib bəyanat

Aysel Əlibəyli 04 Avqust 2026 · 14:05 1050 baxış Xarici işlər naziri: Azərbaycanla Ermənistan arasında normallaşma prosesində yeni irəliləyişlər və ticarətin genişlənməsi gözlənilir Elpress.az xəbər verir ki, Xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin federal xarici […]

Kolumbiya səfiri “ASAN xidmət”də olub

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 09:42 1081 baxış Ülvi Mehdiyev Nelsi Rakel Munar Xaramiyo ilə dövlət xidmətləri sahəsində əməkdaşlığı müzakirə edib Elpress.az xəbər verir ki, Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və […]