--:--:-- | 26 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Hadisədən səhnədə duyğulandıran addım: Körpəyə qiymətli hədiyyə vədi

Aysel Əlibəyli 26 İyul 2026 · 19:00 1052 baxış

Türkiyəli müğənni Hadisə Didimdə baş tutan konserti zamanı etdiyi jestlə izləyicilərin rəğbətini qazanıb.

Elpress.az xəbər verir ki, ifa zamanı səhnəyə gətirilən körpəni qucağına alan sənətçi ailəyə sürpriz edəcəyini açıqlayıb.

Hadisə körpəyə 200 min türk lirəsi dəyərində beşibiryerdə qızıl hədiyyə etmək istədiyini bildirib və bu məqsədlə komandasına ailənin əlaqə məlumatlarını götürməyi tapşırıb.

Müğənninin bu addımı sosial şəbəkələrdə də maraqla qarşılanıb. Pərəstişkarları onun səmimi davranışını yüksək qiymətləndirərək paylaşımı geniş müzakirə ediblər.

Qeyd edək ki, Hadisə daha əvvəl də uşaqlara olan sevgisini dəfələrlə dilə gətirib. O, son konsertlərindən birində gələcəkdə ana olmaq arzusundan danışaraq bu istəyini açıq şəkildə ifadə etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Nəriman Həsənzadənin vəziyyəti ağırlaşıb, yenidən süni tənəffüs aparatına qoşulub

Next Article

Azərbaycan kanoeçisi Avropa çempionatında gümüş medal qazandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkiyəli aktyorla bağlı iddia gündəm oldu

Aysel Əlibəyli 28 İyul 2026 · 13:30 1042 baxış Mesut Can Tomay haqqında səsləndirilən iddialar sosial mediada geniş müzakirə olunur Elpress.az xəbər verir ki, Türkiyəli aktyor və fenomen Mesut Can Tomayla bağlı yayılan iddialar diqqət […]

4 illik münasibətə baxmayaraq Bred Pitt evlənmək istəmir

Aysel Əlibəyli 27 İyun 2026 · 20:15 1071 baxış Bred Pitt və İnes de Ramonun münasibətində gözlənilməz qərar: aktyor nikah planı qurmayıb Hollivudun məşhur aktyoru Bred Pitt uzun müddətdir birlikdə olduğu zərgərlik dizayneri İnes de […]