--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Aysel Əlibəyli 26 Avqust 2026 · 16:59 1040 baxış

220 yerlik yeni məktəbdə musiqi, rəssamlıq, heykəltaraşlıq və digər yaradıcılıq istiqamətləri üzrə imkanlar yaradılıb

Elpress.az xəbər verir ki, Avqustun 26-da Bakının Bilgəh qəsəbəsində yeni incəsənət məktəbinin açılışı keçirilib.Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılış mərasimində iştirak ediblər. Mədəniyyət naziri Adil Kərimli məktəbdə görülən işlər barədə məlumat verib.Bildirilib ki, Bilgəh incəsənət məktəbi qəsəbə Mədəniyyət Evinin, 27 nömrəli uşaq musiqi məktəbinin və Sabunçu rayon mərkəzləşdirilmiş kitabxana sisteminin 10 nömrəli kitabxana filialının fəaliyyətlərinin optimallaşdırılması nəticəsində yaradılıb.1987-ci ildə inşa edilmiş əvvəlki inzibati bina uzun müddət istifadədən sonra yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən 220 yerlik yeni məktəb binası inşa olunub.Məktəb musiqi, nəzəriyyə, xor, fotoqrafiya, rəssamlıq, heykəltəraşlıq və dizayn otaqları ilə təchiz edilib. Burada həmçinin xoreoqrafiya və akt zalları, kitabxana, qarderob və yeməkxana fəaliyyət göstərəcək.Məktəbin ətrafında abadlıq və yaşıllaşdırma işləri də aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

SEPAH: İran və Oman Hörmüz boğazından əldə olunan gəlirləri bölüşəcək

Next Article

Balakəndə avtomobil dirəyə çırpılıb: ər-arvad xəsarət alıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Akademik Musiqili Teatrda yubiley tamaşası nümayiş etdirilib

Aysel Əlibəyli 16 İyul 2026 · 14:02 1070 baxış Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Elpress.az xəbər verir ki , Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik […]

“44” filminin premyera tarixi açıqlanıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:51 1026 baxış “44” bədii filminin ilk nümayişi oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək Elpress.az xəbər verir ki, “44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub. Filmin ilk nümayişi […]

Ana dili milli kimliyin əsas dayağıdır

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:09 1052 baxış Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir Elpress.az xəbər verir ki, Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və cəmiyyətdə düzgün istifadəsinin təmin olunması dövlət siyasətinin […]