--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Dünya musiqisinin dahisi Ennio Marrikonenin unudulmayan həyatı

Aysel Əlibəyli 06 İyul 2026 · 19:26 1040 baxış

“Mən, Ennio Marrikone, öldüm…” – Milyonların qəlbində iz qoyan bəstəkarın təsirli həyat hekayəsi

Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Dünya kino musiqisinin ən böyük simalarından biri hesab olunan görkəmli italyan bəstəkarı Ennio Marrikone təkcə bəstələri ilə deyil, həyatı və sənətə bağlılığı ilə də milyonlarla insanın yaddaşında silinməz iz qoyub. Onun adı yüzlərlə məşhur filmə bəstələdiyi musiqilər və bənzərsiz yaradıcılığı ilə dünya mədəniyyət tarixində xüsusi yer tutur.Ennio Marrikone 1928-ci il noyabrın 10-da İtaliyanın paytaxtı Romanın mərkəzində musiqi ilə nəfəs alan bir ailədə dünyaya gəlib. Atası Mario peşəkar truba ifaçısı idi və caz ilə opera orkestrlərində çıxış edirdi. Musiqiyə olan ilk marağı da məhz atasının ifa etdiyi melodiyalar oyadıb. O, hələ yeddi yaşında ilk bəstələrini yazmağa başlayır, kiçik yaşlarından gələcəyin böyük bəstəkarı olacağının siqnallarını verirdi.Marrikonenin qeyri-adi istedadı musiqi təhsili aldığı illərdə də özünü göstərib. Akademiyada müəllimləri onun bacarığına heyran qalır, o isə dörd il davam etməli olan harmoniya kursunu cəmi altı ay ərzində uğurla başa vuraraq fərqlənirdi.Lakin onun taleyini dəyişən əsas hadisə akademiyada deyil, məktəb illərində baş verib. Ennio Marrikone ibtidai sinifdə gələcəyin məşhur rejissoru Serco Leone ilə eyni partanı bölüşürdü. Uşaqlıq dostluğu illər sonra böyük yaradıcılıq əməkdaşlığına çevrildi. Onların birgə fəaliyyəti dünya kinosunda yeni dövrün başlanğıcı oldu və hər iki sənətkarın adı kino tarixinin ən parlaq simaları sırasında yer aldı.Ennio Marrikonenin yaratdığı əsərlər bu gün də dünyanın müxtəlif ölkələrində dinlənilir, onun musiqiləri isə kino sənətinin əbədi klassikaları kimi qiymətləndirilir. Onun zəngin irsi gələcək nəsillər üçün ilham mənbəyi olaraq yaşamaqda davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Balaxanı neftçilərindən rekord nəticə

Next Article

Kiyevə qanlı zərbə: Ölənlərin sayı 15-ə yüksəldi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türk dünyasının gənc şairləri Ağdamda görüşdü

Aysel Əlibəyli 17 İyul 2026 · 16:13 1025 baxış Vaqif Poeziya Günləri çərçivəsində Ağdamda Türk dünyasının gənc şairlər festivalı keçirilib Elpress.az xəbər verir ki , Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən […]

AXC və Alaş-Orda: ortaq dövlətçilik irsi müzakirə olundu

Aysel Əlibəyli 18 İyun 2026 · 00:53 1074 baxış AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan Demokratik Respublikası və Alaş-Orda: dövlət quruculuğunun tarixi təcrübəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir […]

Xəyanətə boyun əyməyən patriarxın məşhur tablosu

Aysel Əlibəyli 05 İyul 2026 · 19:57 1040 baxış Bu gün XIX əsr rus rəngkarlığının görkəmli nümayəndələrindən olan Pavel Çistyakovun doğum günü tamam olur. Onun ən məşhur əsərlərindən biri vətənə sədaqət və mənəvi müqaviməti əks […]