--:--:-- | 25 İyul 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Daşkəsəndə təbiət üçün birgə aksiya keçirildi

Aysel Əlibəyli 06 İyun 2026 · 13:34 1131 baxış

“AzerGold” QSC ilə “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı çərçivəsində Daşkəsən rayonunda 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiətə qayğı missiyamızdır!” şüarı altında genişmiqyaslı təmizlik aksiyası həyata keçirilib.

Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, tədbirin əsas məqsədi ətraf mühitin qorunması, tullantıların düzgün idarə olunması və ekoloji mədəniyyətin təşviq edilməsi olub. Aksiyada “AzerGold” QSC-nin əməkdaşları və RİİB-in könüllüləri fəal iştirak ediblər.Aksiya zamanı Qoşqarçay hövzəsi boyunca yerləşən təxminən 2 hektar ərazi məişət tullantılarından – plastik, polietilen, metal, şüşə, kağız və karton materiallardan təmizlənib. Toplanan tullantılar çeşidlənərək təkrar emala yönləndirilib.Qeyd olunub ki, “AzerGold” QSC ölkədə dağ-mədən sənayesində fəaliyyət göstərən dövlət şirkəti kimi ekoloji standartlara uyğun istehsal prinsiplərini əsas götürür və regionlarda mütəmadi olaraq yaşıllaşdırma və təmizlik layihələri həyata keçirir. Şirkətin təşəbbüsü ilə hər il müxtəlif ekoloji aksiyalar və ağacəkmə kampaniyaları təşkil olunur.Xatırladaq ki, Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü 1972-ci ildə BMT tərəfindən təsis edilib və bu il UNEP tərəfindən “İqlim dəyişikliyi” mövzusu ilə qeyd olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məşhur komediyaçıdan sürpriz evlilik xəbəri

Next Article

Livanda PUA hücumu: General öldü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan təmsilçisi JIVA “Avroviziya” yarımfinalında səhnə aldı

Elşən 15 May 2026 · 08:59 1111 baxış “Avroviziya-2026” mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada davam edir. Elpress.az-ın məlumatına əsasən, müsabiqənin ikinci yarımfinal gecəsində Azərbaycanı JIVA ləqəbi ilə tanınan Cəmilə Həşimova təmsil edib. Sənətçi “Just Go” […]

Folklorda Yaşayan Qərbi Azərbaycan

Aysel Əlibəyli 09 İyun 2026 · 17:52 1116 baxış AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsi növbəti elmi seminara ev sahibliyi edib. Qərbi Azərbaycanın zəngin folklor irsinin araşdırılması və təbliği istiqamətində fəaliyyət göstərən AMEA Folklor […]

“We are the Future” gənc istedadları bir səhnədə topladı

Aysel Əlibəyli 07 İyul 2026 · 22:24 1036 baxış Valid Ağayev: “We are the Future” layihəsi festivalın ən böyük qürur mənbəyidir Elpress.az xəbər verir ki, Bakıda keçirilən “Shahin Novrasli Festival-2026” çərçivəsində gənc musiqiçilərin iştirakı ilə […]

“Pulsuz təhsil anlayışı nisbi məsələdir” – Nazir

Aysel Əlibəyli 24 İyun 2026 · 17:55 1114 baxış Elpress.az xəbər verir ki, Emin Amrullayev ali təhsilin maliyyələşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib. Nazir bildirib ki, dünyanın heç bir ölkəsində təhsil tam mənada pulsuz […]