--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Şamaxıda tənha analara dəstək layihəsi davam etdirilir

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:15 1046 baxış

Göylər kəndində sosial müəssisə qadınların məşğulluğuna və sahibkarlıq imkanlarına dəstək verir

Elpress.az xəbər verir ki, Şamaxının Göylər kəndində tənha anaların sosial və iqtisadi imkanlarının artırılmasına yönəlmiş “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi çərçivəsində yaradılan sosial müəssisənin fəaliyyəti davam edir.Layihə PAŞA Holding-in dəstəyi ilə Dövlət Məşğulluq Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin birgə təşəbbüsü əsasında həyata keçirilir.Layihə iştirakçıları Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə təlimlərinə cəlb olunub, daha sonra istehsal fəaliyyəti üçün zəruri avadanlıqlarla təmin ediliblər.Sosial müəssisənin əsas məqsədi tənha anaların övladlarını dövlət uşaq müəssisələrinə verməsinin qarşısının alınması, onların sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluq imkanlarının yaradılmasıdır. Layihə həmçinin qadınların sosial həyata daha fəal qoşulmasına, iqtisadi təşəbbüslərinin inkişaf etdirilməsinə və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə şərait yaradır.Bildirilib ki, 2026-cı ildə “Tənha anaların sosial inkişafına dəstək I” layihəsi çərçivəsində Şamaxıda fəaliyyət göstərən sosial tikiş müəssisəsində çalışanların sayı 10 nəfərdən 24 nəfərə çatdırılıb.Qadınların səlahiyyətləndirilməsi PAŞA Holding-in korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri kimi qeyd olunur. Bu çərçivədə “AFAQ”, “Ana sahibkar” və “Women Bazaar” kimi müxtəlif layihələr də həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Özbəkistan vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

Next Article

İran müharibədə 4200 MVt elektrik gücü itirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ədliyyə Nazirliyində sahibkarlarla biznesin inkişafı müzakirə olunub.

Aysel Əlibəyli 25 May 2026 · 12:13 1135 baxış Ədliyyə Nazirliyində keçirilən görüşdə sahibkarlarla biznesin inkişafı və perspektiv istiqamətlər geniş şəkildə müzakirə edilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Ədliyyə Nazirliyinin inzibati binasında sahibkarlarla görüş […]

Qızıl zirvədədir: qeyri-neft ixracının əsas məhsulları məlum oldu

Aysel Əlibəyli 02 İyun 2026 · 13:43 1154 baxış İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin may buraxılışını yayımlayıb. Elpress.az Fed.az-a istinadən xəbər verirki Hesabata əsasən, bu ilin yanvar-aprel aylarında Azərbaycanın […]

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:15 1054 baxış İlin əvvəlindən ölkədə aktiv vergi ödəyicilərinin sayı 3,4 faiz yüksəlib Elpress.az xəbər verir ki, Azərbaycanda iqtisadi fəaliyyət göstərən vergi ödəyicilərinin sayı artmaqda davam edir.Avqustun 1-nə olan […]

Azərbaycanda orta maaş 7 faiz artıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 17:01 1050 baxış Orta aylıq əməkhaqqı 1 174 manata yüksəlib Elpress.az xəbər verir ki, Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqında artım qeydə alınıb.Dövlət Statistika Komitəsinin məlumatına görə, […]