--:--:-- | 09 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

Aysel Əlibəyli 03 Avqust 2026 · 12:30 1036 baxış

Prezident İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” ana yarımstansiyasının açılış mərasimində iştirak edib.

Elpress.az xəbər verir ki, dövlət başçısına layihə barədə məlumat verilib.

Bildirilib ki, “Yeni Səngəçal” yarımstansiyası Azərbaycanın “Yaşıl Enerji” strategiyası çərçivəsində həyata keçirilən mühüm layihələrdən biridir. Yeni enerji infrastrukturu vasitəsilə Cəbrayılda istehsal olunan günəş enerjisinin ölkənin vahid enerji sistemi üzərindən Səngəçal terminalına ötürülməsi təmin ediləcək.

Qeyd olunub ki, layihənin reallaşması nəticəsində terminalın illik elektrik enerjisi tələbatı bərpa olunan enerji hesabına ödəniləcək, bununla da hər il 120–150 milyon kubmetr təbii qaza qənaət olunacaq və karbon emissiyaları əhəmiyyətli dərəcədə azalacaq.

Məlumata görə, ümumi sahəsi 6,5 hektar olan yarımstansiya 111 kilometrlik dörd yeni 220 kV-luq elektrik xətti ilə ölkənin enerji sisteminə qoşulub. Obyekt üç müstəqil enerji mənbəyindən qidalanır.Layihə çərçivəsində Səngəçal terminalına 25 kilometrlik 110 kV-luq hava kabeli də çəkilib və növbəti mərhələdə əlavə enerji xətlərinin inşası nəzərdə tutulur. Bu infrastruktur strateji enerji obyektlərinin daha etibarlı və dayanıqlı elektrik təchizatına xidmət edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda faciə: 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq həyatını itirdi

Next Article

Bakıda torpaq sürüşməsi ilə bağlı rəsmi açıqlama verildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nazirlikdən yeni hesabat: nəticələr təqdim olundu

Aysel Əlibəyli 09 İyun 2026 · 12:35 1150 baxış İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Elpress.az “Qafqazinfo”ya istinadən […]

Ağdaşda aqrar Dövlət Proqramı müzakirə olunub

Aysel Əlibəyli 12 İyun 2026 · 19:12 1084 baxış Mərkəzi Aran iqtisadi rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair 2026–2030 Dövlət Proqramının müzakirəsi üzrə regional müşavirə keçirilib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Tədbir […]