--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Kahramanmaraşdakı “Azərbaycan” yaşayış məhəlləsi bir neçə aya tamamlanacaq

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:09 1082 baxış

Məhəllədə 26 yaşayış binası, məktəb və uşaq bağçasının tikintisi artıq başa çatıb

Elpress.az xəbər verir, Mənzil İnşaatı Dövlət Agentliyinin Türkiyənin Kahramanmaraş şəhərində inşa etdiyi “Azərbaycan” yaşayış məhəlləsi layihəsi üzrə tikinti işlərinin bir neçə ay ərzində tam yekunlaşdırılması planlaşdırılır.MİDA-nın Aparat rəhbəri Cəmşid Əmirov bildirib ki, layihə çərçivəsində Heydər Əliyev adına ibtidai məktəbin, uşaq bağçasının və 26 yaşayış binasından ibarət 4 kvartalın tikintisi artıq tamamlanıb.Hazırda yaşayış məhəlləsində Mədəniyyət Mərkəzinin inşası davam etdirilir. Layihə üzrə digər işlərin də aparıldığı və tikintinin yaxın aylarda tam başa çatdırılmasının nəzərdə tutulduğu bildirilib.Qeyd edək ki, Kahramanmaraşda yerləşən “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 27,6 hektardır.Layihəyə əsasən, ərazidə 68 yaşayış binasının inşası və ümumilikdə 1 194 mənzilin yaradılması nəzərdə tutulur. Burada həmçinin ibtidai məktəb, uşaq bağçası və Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bu gün elektrik enerjisi ilə bağlı MƏHDUDİYYƏT olacaq

Next Article

Uitkoff: Tramp Azərbaycan-Ermənistan münaqişəsini sülh modelinə çevirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Yaşıl Enerji Dəhlizi” üçün yeni addımlar atır

Aysel Əlibəyli 18 İyun 2026 · 18:20 1184 baxış Energetika naziri Pərviz Şahbazov Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüşərək enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Azərbaycan və Rumıniya arasında enerji […]

“Azəralüminium”un ixracı 46 faizə yaxın artıb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:45 1092 baxış Şirkətin yeddi aylıq ixrac gəlirləri 111,9 milyon dollara yüksəlib Elpress.az xəbər verir ki, “Azəralüminium” MMC-nin bu ilin ilk yeddi ayı ərzində ixrac göstəricilərində əhəmiyyətli artım qeydə […]

Prezident neft sənayesi işçilərini təltif edib

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 14:57 1088 baxış 10 nəfər “Əmək” ordeni, 18 nəfər “Tərəqqi” medalı ilə mükafatlandırılıb Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı […]