--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

İlham Əliyev “Brookfield Asset Management” rəhbəri ilə görüşdü

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 19:43 1068 baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən biri olan “Brookfield Asset Management”in baş icraçı direktoru Konnor Teski ilə görüş keçirib.

Elpress.az xəbər verir ki, görüş sentyabrın 25-də baş tutub.Söhbət zamanı Prezident İlham Əliyevin bu ilin yanvarında Davosda Konnor Teski ilə keçirdiyi görüş xatırlanıb. Həmçinin Azərbaycan Dövlət Neft Fondu ilə “Brookfield Asset Management” arasında uzunmüddətli strateji əməkdaşlığa dair imzalanmış niyyət protokolunun əhəmiyyəti vurğulanıb.Görüşdə Azərbaycanla şirkət arasında investisiya tərəfdaşlığının daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib. Xüsusilə enerji keçidi, bərpaolunan enerji, enerji saxlanc sistemləri və rəqəmsal infrastruktur istiqamətlərində potensial layihələr barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycanın enerji imkanlarının ölkənin regional enerji mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsində rolunu da müzakirə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Tacikistan Baş nazirləri Bakıda görüşüb

Next Article

İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:50 1072 baxış Ermənistanın iqtisadiyyat naziri ixracın həcmini açıqlamayıb Elpress.az xəbər verir ki, Ermənistandan Azərbaycana alüminium folqa məhsulunun ixracı həyata keçirilib.Bunu Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan hökumətin iclasından sonra […]

Rusiyadan Ermənistana Azərbaycandan tranzit yüklər göndəriləcək

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:21 1046 baxış Azərbaycan ərazisindən keçməklə Ermənistana buğda, gübrə və taxta tədarük olunacaq Elpress.az xəbər verir ki, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə daha bir yük partiyasının göndərilməsi planlaşdırılır.Sentyabrın 5-də […]

Ezamiyyət qaydalarında dəyişiklik edildi

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 14:40 1062 baxış Elpress.az xəbər verir ki, Maliyyə Nazirliyinin Kollegiyası işçilərin ezamiyyətə göndərilməsi ilə bağlı mövcud qaydalara dəyişiklik edib. Yenilik 2012-ci il yanvarın 18-də təsdiqlənmiş **“İşçilərin Ezamiyyə Qaydaları”**na şamil […]