--:--:-- | 24 İyun 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bayramov ABŞ-la iqtisadi və enerji əməkdaşlığını müzakirə etdi

Aysel Əlibəyli 01 İyun 2026 · 21:55 56 baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

XİN-in məlumatına görə, görüşdə Azərbaycan-ABŞ münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, investisiyalar, ticarət, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Tərəflər iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının əhəmiyyətini vurğulayaraq, yaxın vaxtlarda keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Dialoqunun əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini bildiriblər.Görüşdə enerji sahəsində mövcud tərəfdaşlıq, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi, eləcə də bərpa olunan enerji, yaşıl keçid, innovasiya və yüksək texnologiyalar istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.Nazir Ceyhun Bayramov ölkənin investisiya imkanları, regional bağlantı layihələri və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı həyata keçirilən təşəbbüslər barədə məlumat verib. Müzakirələr zamanı Orta Dəhlizin regional iqtisadi inteqrasiyada oynadığı rol xüsusi qeyd edilib.Tərəflər həmçinin ötən ilin avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra regiondakı vəziyyəti, kommunikasiya xətlərinin açılması prosesini və TRIPP layihəsinin icrasını nəzərdən keçiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şəhid ailəsi üzvlərinə müəllim yeri seçimi imkanı

Next Article

Yer orbitində 33 mindən çox obyekt hərəkət edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

20 Ballıq Cərimə Həddi Artırılır?

Aysel Əlibəyli 02 İyun 2026 · 11:11 86 baxış Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı müəyyən edilmiş 20 ballıq limitə yenidən baxılması ehtimalı gündəmə gətirilib və bu məsələ müzakirə mərhələsindədir. Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hazırda […]

Azərbaycan nefti yenidən bahalaşıb

Aysel Əlibəyli 20 İyun 2026 · 10:58 24 baxış Dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. Elpress.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,89 ABŞ dolları və ya 3,61 faiz […]