--:--:-- | 24 İyun 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakı Enerji Həftəsi çərçivəsində yaşıl enerji gündəliyi xüsusilə diqqət mərkəzində yer alıb və böyük maraq doğurub.

Aysel Əlibəyli 03 İyun 2026 · 18:47 42 baxış

Bakı Enerji Həftəsi enerji sektorunun müxtəlif nümayəndələrini bir araya gətirən, yeni ideyaların irəli sürüldüyü, beynəlxalq əməkdaşlıqların formalaşdığı və gələcək enerji strategiyalarının müzakirə olunduğu nüfuzlu platforma kimi çıxış edir. Həyata keçirilən məqsədyönlü enerji siyasəti Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirərək ölkəmizi qlobal enerji təhlükəsizliyində önəmli aktorlardan birinə çevirib.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Könül Nurullayeva bildirib ki, uzun illər ərzində həyata keçirilən uzaqgörən enerji strategiyası Azərbaycanın iqtisadi və siyasi inkişafının əsas dayaqlarından birinə çevrilib. Neft və qaz layihələri hesabına əldə olunan gəlirlər sosial rifahın yaxşılaşdırılmasına, müasir infrastrukturun qurulmasına, təhsil və səhiyyənin inkişafına, eləcə də müdafiə potensialının gücləndirilməsinə yönəldilib. Bu gün əldə edilən nəticələr enerji gəlirlərinin səmərəli və məqsədyönlü idarə olunmasının aydın göstəricisi kimi qiymətləndirilir.Deputat qeyd edib ki, Azərbaycanın enerji sahəsində uğurlarının əsasında yalnız zəngin təbii resurslar deyil, həm də balanslaşdırılmış və praqmatik xarici siyasət dayanır. Dənizə birbaşa çıxışı olmayan ölkə kimi Azərbaycan enerji resurslarının beynəlxalq bazarlara çıxarılması üçün geniş regional əməkdaşlıq şəbəkəsi formalaşdırıb və bu gün Avropa, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında mühüm əməkdaşlıq körpüsü rolunu oynayır.O, həmçinin vurğulayıb ki, Bakı Enerji Həftəsi çərçivəsində diqqət çəkən əsas istiqamətlərdən biri yaşıl enerji gündəliyidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ənənəvi enerji resurslarının böyük potensialına baxmayaraq, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafını strateji prioritet elan edib. Son illərdə Günəş və külək enerjisi üzrə mühüm layihələr həyata keçirilib, yeni investisiyalar cəlb olunub. Planlara əsasən, gələn ilin sonunadək bu sahədə istehsal gücünün 2 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatdırılması nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialının reallaşdırılması da bu strategiyanın əsas istiqamətlərindən biri kimi göstərilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Britaniya helikopterin qəzaya uğraması

Next Article

Əli Hacıdan düşündürən yeni şeir: “Ruhuma düşməndi bədən”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah sosial ödənişlər tam şəkildə həyata keçirilir

Aysel Əlibəyli 23 İyun 2026 · 15:26 14 baxış Sabah ölkə üzrə bütün sosial yardımlar və müavinətlər vətəndaşlara tam həcmdə ödəniləcək. Aidiyyəti qurumlar tərəfindən ödənişlərin vaxtında və fasiləsiz şəkildə həyata keçirilməsi təmin olunacaq, benefisiarların hesablarına […]

Nazirlikdən yeni hesabat: nəticələr təqdim olundu

Aysel Əlibəyli 09 İyun 2026 · 12:35 108 baxış İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Elpress.az “Qafqazinfo”ya istinadən […]

Ədliyyə Nazirliyində sahibkarlarla biznesin inkişafı müzakirə olunub.

Aysel Əlibəyli 25 May 2026 · 12:13 45 baxış Ədliyyə Nazirliyində keçirilən görüşdə sahibkarlarla biznesin inkişafı və perspektiv istiqamətlər geniş şəkildə müzakirə edilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Ədliyyə Nazirliyinin inzibati binasında sahibkarlarla görüş […]