--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

AZPROMO: İnvestorlar üçün etibarlı və sabit biznes mühiti əsas şərtdir

Aysel Əlibəyli 17 İyun 2026 · 13:20 118 baxış

Azərbaycan son illər iqtisadiyyatın şaxələndirilməsi və investisiya imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Əczaçılıq, tekstil, ağır və yüngül sənaye, maşınqayırma kimi prioritet sahələr üzrə ixtisaslaşmış sənaye zonaları yaradılıb. Bununla yanaşı, beynəlxalq logistikanın inkişafı və xarici investorların cəlb edilməsi məqsədilə Ələt Azad İqtisadi Zonasının imkanları genişləndirilir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “İslam İnkişaf Bankı Qrupunun Özəl Sektor Forumu”nda Azərbaycanın investisiya imkanları, iqtisadi inkişaf strategiyası və regional əməkdaşlıq perspektivləri barədə çıxış edib.Yusif Abdullayev bildirib ki, Azərbaycan əlverişli coğrafi mövqeyi, inkişaf edən nəqliyyat infrastrukturu və həyata keçirilən iqtisadi islahatlarla beynəlxalq investorlar üçün cəlbedici məkanlardan birinə çevrilir. Onun sözlərinə görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı artıq Xəzər regionunun mühüm logistika mərkəzlərindən biri kimi fəaliyyət göstərir.AZPROMO rəhbəri qeyd edib ki, Bakı–Tbilisi–Qars dəmir yolu Asiya ilə Avropa arasında birbaşa dəmir yolu bağlantısı yaradaraq yükdaşımaların daha sürətli və səmərəli həyata keçirilməsinə imkan verir. O, həmçinin Azərbaycanın günəş və külək enerjisi sahəsində böyük potensiala malik olduğunu vurğulayaraq, beynəlxalq tərəfdaşlarla birlikdə yaşıl enerji layihələrinin həyata keçirildiyini bildirib.Çıxış zamanı rəqəmsal iqtisadiyyatın inkişafına da diqqət çəkilib. Bildirilib ki, Azərbaycan innovasiya ekosistemlərinə, rəqəmsal infrastruktura və insan kapitalına investisiyalar yatırmaqla bilik əsaslı iqtisadiyyatın formalaşdırılmasını hədəfləyir.Yusif Abdullayev vurğulayıb ki, investorların əsas gözləntiləri etibarlı biznes mühiti, proqnozlaşdırıla bilən qaydalar və risklərə qarşı effektiv müdafiə mexanizmləridir. Bu istiqamətdə gömrük sistemlərinin yenilənməsi, rəqəmsal ticarət platformalarının inkişafı, sərhəd prosedurlarının sadələşdirilməsi və dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin yaradılması mühüm addımlar kimi qiymətləndirilir.AZPROMO rəhbəri əlavə edib ki, xarici investisiyaların artırılması üçün risklərin azaldılması mexanizmləri xüsusi əhəmiyyət daşıyır. Siyasi risk sığortası, ixrac kreditlərinin qorunması və maliyyə təminatı alətləri beynəlxalq layihələr üçün daha təhlükəsiz mühit yaradır və yeni investisiya imkanlarının reallaşmasına şərait yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İsveçli rejissor Qərbi Azərbaycanın mədəni yaddaşını ekrana gətirdi

Next Article

Bakının küçəsində qadınla kişi arasında dava

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AZAL 6 ayda sərnişin sayını 5 faiz artırdı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:32 30 baxış Azərbaycan Hava Yolları 2026-cı ilin ilk altı ayında 1,9 milyon sərnişinə xidmət göstərərək sərnişin daşımalarında ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artım qeydə alıb. […]

Rayon pensiyaçıları üçün ödəniş tarixi bəlli oldu

Aysel Əlibəyli 16 İyun 2026 · 15:49 124 baxış Rayonlarda qeydiyyatda olan pensiyaçıların bu ay üzrə pensiya ödənişlərinin ən gec 19-dək həyata keçirilməsi planlaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu […]

Prezidentdən aeroportlarla bağlı yeni Fərman

Aysel Əlibəyli 12 İyun 2026 · 19:01 60 baxış Aeroportların idarə olunması ilə bağlı yeni Qayda təsdiqləndi Prezident İlham Əliyev aeroportların idarə olunması ilə bağlı Fərman imzalayıb ✈️Sənədə əsasən, “Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası” […]

Rusiya Buğdası Azərbaycan Vasitəsilə Ermənistana Aparılır

Aysel Əlibəyli 15 İyun 2026 · 11:27 58 baxış Rusiyadan Ermənistana göndərilən növbəti 490 tonluq buğda partiyası sabah Azərbaycan ərazisindən tranzit keçməklə çatdırılacaq. Yükün Həcmi: Ümumi çəkisi 490 ton olan buğda yükü 7 vaqondan ibarətdir.Hərəkət […]