--:--:-- | 13 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azərbaycandan Ermənistana 17,3 milyon dollarlıq mal ixrac edilib

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:59 1044 baxış

İlin ilk yeddi ayında Ermənistan Azərbaycanın ümumi ixracında 0,09 faiz paya sahib olub

Elpress.az xəbər verir ki, Azərbaycanın Ermənistana ixrac etdiyi məhsulların cari ilin ilk yeddi ayı üzrə ümumi dəyəri açıqlanıb.Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, yanvar-iyul aylarında Azərbaycandan Ermənistana 17 milyon 372,1 min ABŞ dolları dəyərində mal ixrac olunub. Bu rəqəm Azərbaycanın ümumi ixracının 0,09 faizinə bərabərdir.Hesabat dövründə Ermənistanla idxal-ixrac əməliyyatlarında da dəyişiklik qeydə alınıb. Belə ki, Azərbaycan mart ayında Ermənistandan ilk dəfə 960 dollar dəyərində məhsul idxal edib.İyul ayında isə Ermənistandan Azərbaycana hər hansı məhsul idxalı həyata keçirilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Latsio” İtaliya Kubokunda mübarizəni dayandırıb

Next Article

Avqustun 28-də ilin ikinci Ay tutulması baş verəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şamaxıda tənha analara dəstək layihəsi davam etdirilir

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:15 1028 baxış Göylər kəndində sosial müəssisə qadınların məşğulluğuna və sahibkarlıq imkanlarına dəstək verir Elpress.az xəbər verir ki, Şamaxının Göylər kəndində tənha anaların sosial və iqtisadi imkanlarının artırılmasına yönəlmiş […]

Azərbaycan nefti bahalaşdı

Aysel Əlibəyli 12 İyun 2026 · 09:41 1108 baxış Azərbaycan neftinin dünya bazarındakı qiymətində növbəti artım qeydə alınıb. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir bareli 0,49 ABŞ dolları və […]

Türk Dövlətləri Təşkilatının Baş katibi bildirib ki, türk ölkələri arasında rəqəmsal inteqrasiyanın gücləndirilməsi əsas strateji hədəflərdən biri sayılır.

Aysel Əlibəyli 15 May 2026 · 16:53 1091 baxış Türk Dövlətləri Təşkilatının Baş katibi bildirir türk ölkələri arasında rəqəmsal inteqrasiyanın gücləndirilməsi əsas strateji hədəflərdən biri sayılır. Elpress.az”-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Türküstana ezam olunmuş […]