--:--:-- | 29 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanda yağın qiyməti kəskin artdı

Aysel Əlibəyli 09 İyun 2026 · 10:52 1166 baxış

Azərbaycanda qida səbətində mühüm yer tutan bitki yağlarının qiymətində artım müşahidə olunur.

Elpress.az xəbər verir ki, ölkənin bitki yağı tələbatının əsasən idxal hesabına ödənilməsi qiymət dəyişikliklərinin daxili bazara birbaşa təsir göstərməsinə səbəb olur.Məlumata görə, dünya bazarında bitki yağlarının qiyməti 2022-ci ildən bu yana ən yüksək səviyyəyə çatıb. Son göstəricilərə əsasən, bitki yağının orta qiyməti 1,3 faiz artaraq ton üzrə 1505 dollar təşkil edib.Ötən illə müqayisədə Azərbaycanda da əsas yağ növlərində qiymət artımı qeydə alınıb. Belə ki, günəbaxan yağının 1 litri orta hesabla 4,53 manatdan 4,96 manata yüksəlib. Qarğıdalı yağında qiymət 6,02 manatdan 6,46 manata, zeytun yağında isə 17,71 manatdan 18,12 manata qədər artıb.Mütəxəssislər bildirirlər ki, bitki yağları qlobal bazarda qiymət dəyişikliklərinə ən tez reaksiya verən məhsullar sırasındadır. İqtisadçı-ekspertlərin fikrincə, bu məhsullar üzrə yerli istehsalın məhdud olması və xammalın böyük hissəsinin idxaldan asılılığı qiymət artımını qaçılmaz edir.Qeyd olunur ki, Azərbaycanda istehlak olunan bitki yağları müxtəlif ölkələrdən idxal edilir. Günəbaxan yağı əsasən Rusiyadan, soya yağı isə daha çox Argentinadan gətirilir. 2025-ci ildə ölkəyə idxal olunan 169 min ton soya yağının böyük hissəsi Argentinanın payına düşüb.Eyni zamanda Türkiyədən günəbaxan, qarğıdalı və zeytun yağları idxal olunur ki, bu məhsullar əsasən qablaşdırılmış və markalı formada bazara çıxarılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

XİN-dən Azərbaycan vətəndaşlarına vacib çağırış

Next Article

İranda “Etimad” qəzeti və redaktoru barədə cinayət işi açılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İqtisadi Şuradan Ələt Zonasına yeni tapşırıqlar

Aysel Əlibəyli 11 İyun 2026 · 18:00 1066 baxış İyunun 11-də Baş nazir Əli Əsədovin rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası baş tutub. Görüş zamanı ölkənin iqtisadi inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub və […]

Ədliyyə Nazirliyində sahibkarlarla biznesin inkişafı müzakirə olunub.

Aysel Əlibəyli 25 May 2026 · 12:13 1085 baxış Ədliyyə Nazirliyində keçirilən görüşdə sahibkarlarla biznesin inkişafı və perspektiv istiqamətlər geniş şəkildə müzakirə edilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Ədliyyə Nazirliyinin inzibati binasında sahibkarlarla görüş […]

Yerli buğdanın dövlət tədarük qiyməti açıqlandı

Aysel Əlibəyli 29 İyun 2026 · 12:16 1102 baxış Azərbaycanda yerli ərzaqlıq buğda istehsalçılarına yeni dövlət dəstəyi: tədarük qiyməti müəyyənləşdi Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanda yerli ərzaqlıq buğda istehsalçılarına göstərilən dövlət dəstəyinin artırılması […]

İKZF yarım ildə 226 milyon manat kredit verib

Aysel Əlibəyli 29 İyul 2026 · 11:43 1026 baxış İpoteka və Kredit Zəmanət Fondu ilin ilk altı ayında 226,3 milyon manat kredit ayırıb. Elpress.az xəbər verir ki, Bu ilin yanvar–iyun aylarında İpoteka və Kredit Zəmanət […]