--:--:-- | 26 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan Orta Dəhlizdə mövqeyini gücləndirir

Aysel Əlibəyli 29 İyul 2026 · 11:22 1037 baxış

Deputat Azər Kərimli Azərbaycanın Orta Dəhlizdə strateji əhəmiyyətinin daha da artdığını bildirib.

Elpress.az xəbər verir ki, Milli Məclisin deputatı Azər Kərimli bildirib ki, qlobal logistika sistemində baş verən dəyişikliklər fonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əhəmiyyəti daha da artıb və Azərbaycan bu marşrutun aparıcı iştirakçılarından biri kimi mövqeyini möhkəmləndirir.

Onun sözlərinə görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, müasir avtomobil yolları, logistika mərkəzləri və rəqəmsal gömrük sistemi kimi infrastruktur layihələri Azərbaycanın regional logistika mərkəzinə çevrilməsində mühüm rol oynayıb.

Deputat qeyd edib ki, Orta Dəhliz təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır. Azərbaycanın həyata keçirdiyi nəqliyyat siyasəti, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və logistika imkanlarının inkişafı ölkənin Avrasiya məkanında rolunu daha da gücləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda avtobus yük maşınına çırpılıb

Next Article

ADMİU beynəlxalq əməkdaşlığını genişləndirir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:15 1026 baxış İlin əvvəlindən ölkədə aktiv vergi ödəyicilərinin sayı 3,4 faiz yüksəlib Elpress.az xəbər verir ki, Azərbaycanda iqtisadi fəaliyyət göstərən vergi ödəyicilərinin sayı artmaqda davam edir.Avqustun 1-nə olan […]

Kreditlərdə yeni qayda

Aysel Əlibəyli 29 İyun 2026 · 12:21 1130 baxış Məsafədən kreditlərə nəzarət güclənir: Yeni qaydalar vətəndaşların maliyyə təhlükəsizliyini artıracaq Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanda kredit xidmətlərindən istifadə zamanı təhlükəsizliyin artırılması və istehlakçı hüquqlarının […]

Naxçıvanın sosial-iqtisadi inkişafına 258 milyon manat ayrılacaq

Aysel Əlibəyli 12 Avqust 2026 · 10:28 1024 baxış Elpress.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi məqsədilə ümumilikdə 258 milyon manat vəsait ayrılacaq. Sərəncama əsasən, vəsait dövlət və […]

Azərbaycanda sığorta agentinin lisenziyası ləğv edildi

Aysel Əlibəyli 22 İyul 2026 · 12:17 1036 baxış AMB-nin qərarı ilə sığorta agentinin fəaliyyət lisenziyası ləğv olunub Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə Məmmədov Rizvan Qasım oğluna verilmiş […]