--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

UEFA Superkuboku 2028-ci ildə Astanada keçiriləcək

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:15 1082 baxış

UEFA əsas klub turnirlərinin 2028 və 2029-cu illərdəki finallarının keçiriləcəyi stadionları açıqlayıb

Elpress.az xəbər verir ki, UEFA 2028 və 2029-cu illərdə əsas klub turnirlərinin finallarına, həmçinin 2027 və 2028-ci illərdə Superkubok qarşılaşmalarına ev sahibliyi edəcək şəhər və stadionları müəyyənləşdirib.2028-ci ildə Çempionlar Liqasının finalı Münhendəki “Munich Football Arena”da, Avropa Liqasının finalı Buxarestdəki “National Arena”da, Konfrans Liqasının həlledici qarşılaşması isə Turindəki “Juventus Stadium”da keçiriləcək.2029-cu il Çempionlar Liqasının finalı Barselonadakı “Camp Nou” stadionunda təşkil olunacaq. Avropa Liqasının finalına Belqrad Milli Stadionu, Konfrans Liqasının finalına isə Budapeştdəki “Puşkaş Arena” ev sahibliyi edəcək.Superkubok qarşılaşmalarının məkanları da müəyyənləşib. 2027-ci il Superkuboku Amsterdamda “Johan Cruyff Arena”da, 2028-ci il Superkuboku isə Astanadakı “Astana Arena”da keçiriləcək.Qadınlar arasında Çempionlar Liqasının 2028-ci il finalının Lionda, 2029-cu il finalının isə Kardiffdə keçirilməsi planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Növbəti köç karvanları Xocavəndə çatıb

Next Article

Ceyhun Bayramov: Azərbaycan-Türkiyə münasibətləri dünyada bənzərsizdir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Messi göz yaşlarının səbəbini açıqlayıb

Aysel Əlibəyli 25 İyul 2026 · 14:09 1086 baxış Lionel Messi matçdan sonra niyə ağladığını açıqlayaraq buraxdığı penaltiyə görə özünü günahkar hiss etdiyini bildirib. Elpress.az xəbər verir ki, Argentina millisinin kapitanı Lionel Messi matçdan sonra […]

“Sabah” Dortmund qarşısında sona qədər mübarizə apardı

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 23:11 1074 baxış UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Sabah” doğma meydanda Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə […]

“Zirə” braziliyalı qapıçı ilə müqavilə imzaladı

Aysel Əlibəyli 20 İyun 2026 · 19:08 1148 baxış “Zirə” heyətini braziliyalı qapıçı Maykon Kleytonla gücləndirib. Azərbaycanın “Zirə” futbol klubu yeni transferini açıqlayıb. Komanda braziliyalı qapıçı Maykon Kleytonu heyətinə cəlb edib.27 yaşlı qolkiperlə 2 illik […]

Güləşçimiz dünya çempionatında uduzdu

Aysel Əlibəyli 31 İyul 2026 · 12:53 1064 baxış Fatimə Bayramova U-17 dünya çempionatında mübarizəni dayandırıb Elpress.az xəbər verir ki, Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Fatimə Bayramova yarışda çıxışını başa vurub.53 kq […]