“Sabah”ın Çempionlar Liqasının pley-off mərhələsində ev oyununun keçiriləcəyi stadion bəlli olub
Elpress.az xəbər verir ki, “Sabah” futbol klubunun Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi ev qarşılaşmasının ünvanı müəyyənləşib.Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun açıqlamasına əsasən, “Sabah” İsrailin “Hapoel Ber-Şeva” komandası ilə görüşünü Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.Qarşılaşmanın 25 avqust saat 20:45-də başlaması planlaşdırılır.Qeyd edək ki, “Sabah” üçün “Hapoel Ber-Şeva” ilə qarşılaşma Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq.


