--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

“Möminə Xatun” klubunun adı dəyişdirildi

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:10 1064 baxış

Naxçıvanın qadın voleybol komandası yeni mövsümdən “Naxçıvan” adı ilə çıxış edəcək

Elpress.az xəbər verir ki, Naxçıvanı qadın voleybolunda təmsil edən “Möminə Xatun” klubunun adı dəyişdirilib. Komanda bundan sonra yarışlarda “Naxçıvan” adı ilə çıxış edəcək.Klub rəhbərliyinin qərarı Naxçıvanda qadın və kişi voleybolunun inkişafı, gələcəkdə hər iki istiqamətin vahid klub bazasında birləşdirilməsi və idarəetmənin daha səmərəli təşkili məqsədilə qəbul olunub.Yeni adın seçilməsində Naxçıvanın idmanda daha geniş tanıdılması, regionda voleybolun kütləviliyinin artırılması və kişi-qadın komandalarının vahid idman brendi altında birləşdirilməsi əsas məqsədlərdən biri olub.Qərar klubun təsisçisi və rəhbərliyi tərəfindən qəbul edilib və Azərbaycan Voleybol Federasiyası tərəfindən razılaşdırılıb. Klub rəhbərliyi hesab edir ki, rebrendinq komandanın həm ölkə daxilində, həm də gələcəkdə beynəlxalq yarışlarda Naxçıvanın vahid idman brendi kimi tanınmasına töhfə verəcək.Bildirilib ki, yeni loqoda Naxçıvanın əsas simvollarından biri olan Möminə Xatun türbəsi və klubun ənənəvi rəngləri qorunacaq.“Naxçıvan” komandası cari mövsümdə tarixində ilk dəfə qadınların Yüksək Liqasında mübarizə aparacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Fransada əmanətlərə vergi təklifi siyasi gərginlik yaradıb

Next Article

Rusiyada ayı hücumları artıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rahid Əmirquliyev “Sabah”a şans verib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:35 1064 baxış Sabiq milli futbolçu “Sabah”ın “Mançester Yunayted”ə qarşı taktikasını açıqlayıb Elpress.az xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində “Mançester […]

Batrakov Rusiya millisinin heyətinə dəvət alıb

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 20:05 1108 baxış “Qalatasaray”ın yarımmüdafiəçisi üç hazırlıq matçında oynaya bilər Elpress.az xəbər verir ki, “Qalatasaray”ın yarımmüdafiəçisi Aleksey Batrakov Rusiya milli komandasına dəvət alıb.21 yaşlı futbolçu Rusiya yığmasının İran, Namibiya […]

9 turnirdə 8 məğlubiyyət qeydə alınıb.

Aysel Əlibəyli 14 İyun 2026 · 11:29 1138 baxış Türkiyə milli komandası böyük turnirlərdə yenə də zəif startla yadda qalır və uğursuz başlanğıc seriyası davam etməkdədir ⚽📉 Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Turkey national […]

DÇ-2026-nın ən bahalı millisi müəyyənləşdi

Aysel Əlibəyli 30 May 2026 · 15:19 1290 baxış DÇ-2026-nın ən bahalı millisi müəyyənləşib 2026-cı il dünya çempionatında iştirak edəcək komandalar arasında ən yüksək bazar dəyərinə malik yığma bəlli olub. Məlumata görə, siyahıya ümumi heyət […]