--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Messidən tarixi gecə: İki rekord birdən qırıldı

Aysel Əlibəyli 07 İyul 2026 · 22:40 1036 baxış

Lionel Messi dünya çempionatı tarixinə adını yenidən yazdırdı

Elpress.az xəbər verir ki, Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Misir yığmasına qarşı keçirilən oyunda növbəti tarixi uğuruna imza atıb. Təcrübəli hücumçu qarşılaşmada göstərdiyi performansla eyni anda iki mühüm rekordu yeniləyərək adını bir daha futbol tarixinə yazdırıb.”Opta” nəşrinin yaydığı statistikaya əsasən, Messi mundiallarda vurduğu qolların sayını 21-ə çatdıraraq dünya çempionatları tarixinin ən məhsuldar bombardiri olub. Bununla da o, uzun illər rekordun sahibi olan Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeni geridə qoyub.Argentina ulduzu bununla kifayətlənməyərək məhsuldar ötürmələrinin sayını da 9-a yüksəldib. Beləliklə, Messi dünya çempionatları tarixində ən çox məhsuldar ötürmə edən futbolçu adına da sahib çıxıb.Qeyd edək ki, 1/8 final qarşılaşması Argentina millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Messinin rekordu və komandasının növbəti mərhələyə yüksəlməsi futbolsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Robert Haynlayn: Kitabları niyə qadağan olunmaq istənirdi?

Next Article

“Kuboku Argentinaya verin !”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Taleh Ziyadov Avropa Badmintonu Şurasına seçildi

Elşən 23 Aprel 2026 · 19:32 1080 baxış Horsens şəhərində Badminton Europe-un hesabat-seçki konfransı baş tutub. Azərbaycan Badminton Federasiyası-nın prezidenti Taleh Ziyadov keçirilən səsvermənin nəticələrinə əsasən qurumun Direktorlar Şurasına üzv seçilib. Bu qərarla o, 2026–2030-cu […]

Azərbaycan millisi böyük turnirdə meydana çıxır

Aysel Əlibəyli 28 May 2026 · 11:55 1144 baxış Azərbaycanın minifutbol milli komandası bu gün Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında ilk oyununu oynayacaq. ELPRESS.az Qafqazinfo- a istinadən verdiyi xəbərə görə, yığmamız F qrupunda Avstriya […]