--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

İssık-Kul gölündə “Formula 1” təhlükəsiz sayıldı – ekoloji ekspertiza nəticəsi açıqlanıb

Aysel Əlibəyli 16 İyun 2026 · 19:34 1066 baxış

Qırğızıstanda İssık-Kul gölünün akvatoriyasında keçiriləcək UIM F1H2O (suda Formula 1) dünya çempionatının ətraf mühitə təsirləri üzrə aparılan əlavə ekoloji qiymətləndirmələr yarışın təhlükəsiz şəkildə təşkil edilə biləcəyini göstərib.

Dövlət Turizm İnkişaf Agentliyinin rəhbəri Eduard Kubatovun açıqlamasına görə, beynəlxalq idman tədbirləri üçün ətraf mühitə təsirin qiymətləndirilməsi hər zaman məcburi tələb olmasa da, ictimai narahatlıqlar nəzərə alınaraq müstəqil və dövlət qurumlarının iştirakı ilə geniş ekoloji ekspertiza aparılıb.Rəsmi məlumatda bildirilir ki, araşdırmaların nəticəsi İssık-Kul gölünün ekosisteminin ciddi risk altında olmadığını, yarışların təbiətə əhəmiyyətli mənfi təsir göstərməyəcəyini ortaya qoyub. Kubatov vurğulayıb ki, bu addım əsasən ictimai etimadı gücləndirmək və ekoloji şəffaflığı təmin etmək məqsədi daşıyır.Qeyd edək ki, suda Formula 1 üzrə dünya çempionatı iyulun 31-dən avqustun 2-dək İssık-Kul rayonunun Bayetov kəndi yaxınlığında keçiriləcək. Yarışlara 25 idmançının qatılması gözlənilir və tədbirin 100 ölkədə canlı yayımlanması planlaşdırılır. Bu isə Qırğızıstanın və İssık-Kul bölgəsinin turizm imkanlarının beynəlxalq auditoriyaya çıxarılması baxımından mühüm platforma kimi dəyərləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

NATO-dan Türkiyədə strateji addım: “SAMP/T” Konya bazasında yerləşdirilir

Next Article

Trampın yaxın komandası Moskvaya gedə bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Arsenal Premyer Liqada 22 il sonra yenidən zirvədə!

Elşən 20 May 2026 · 08:24 1089 baxış İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünün çempionunun adına aydınlıq gəlib. Mövsüm ərzində sabit və inamlı çıxışı ilə diqqət çəkən Arsenal 22 ildən sonra yenidən ölkə çempionu olmağı […]

Milli komandamız finalda! 🏆

Aysel Əlibəyli 12 İyun 2026 · 19:35 1062 baxış Bakıda keçirilən Çövkən üzrə 2-ci dünya çempionatının yarımfinalında Azərbaycan və Uruqvay milli komandaları üz-üzə gəlib. 🐎🇦🇿 Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Böyük maraqla izlənilən yarımfinal […]

“Latsio” müdafiə xəttini yeni transferlə gücləndirdi

Aysel Əlibəyli 03 İyul 2026 · 16:56 1044 baxış İtaliyanın “Latsio” klubu yay transfer dönəmində heyətinə təcrübəli ispaniyalı müdafiəçi Alfonso Pedrasanı cəlb edib. Elpress.az xəbər verir ki, İtaliya A Seriyasının təmsilçisi “Latsio” yeni mövsüm öncəsi […]

Emin Mahmudovdan iddialı açıqlama

Aysel Əlibəyli 21 İyul 2026 · 15:19 1031 baxış “Neftçi”nin kapitanı avrokubok bəxtsizliyinə son qoyacaqlarına inandığını bildirib Elpress.az xəbər verir ki, “Neftçi”nin futbolçusu Emin Mahmudov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Dinamo” (Minsk) ilə keçiriləcək […]