--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

DÇ-2026: İngiltərənin qələbəsi iğtişaşlara səbəb oldu

Aysel Əlibəyli 14 İyul 2026 · 00:48 1113 baxış

İngiltərə millisinin 2026-cı il dünya çempionatının 1/4 finalında Norveçi əlavə vaxtda 2:1 hesabı ilə məğlub etməsindən sonra Böyük Britaniyada kütləvi iğtişaşlar baş verib.

Elpress.az xəbər verir ki, polis məlumatına əsasən, həftəsonu ərzində futbol qarşılaşmaları ilə əlaqəli 500-dən çox insident qeydə alınıb, 100-dən artıq şəxs saxlanılıb.

Məlumata görə, qarşılaşmanın keçirildiyi ABŞ-ın Mayami şəhərində bayram ab-havası hökm sürsə də, Böyük Britaniyada bəzi publarda iş saatlarının uzadılması gərginliyi daha da artırıb.

İngiltərə Futbol Polis Birliyinin (UKFPU) rəhbəri Mark Roberts yerli azarkeşlərin davranışını tənqid edərək, onları ABŞ-dakı futbolsevərlərin nizam-intizamından nümunə götürməyə çağırıb.

Bu arada, İngiltərənin Argentina ilə keçirəcəyi yarımfinal oyunu öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib. Matça ev sahibliyi edəcək Atlanta şəhərində polis əlavə qüvvələr cəlb edərək genişmiqyaslı təhlükəsizlik planını işə salıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Trampın xalqa müraciət edəcəyi vaxt açıqlanıb

Next Article

Bakı–Şamaxı yolunda təhlükəli çökmə – sürücülərə xəbərdarlıq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

9 turnirdə 8 məğlubiyyət qeydə alınıb.

Aysel Əlibəyli 14 İyun 2026 · 11:29 1126 baxış Türkiyə milli komandası böyük turnirlərdə yenə də zəif startla yadda qalır və uğursuz başlanğıc seriyası davam etməkdədir ⚽📉 Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Turkey national […]

Bu gün bürünc medalın sahibi bəlli olacaq

Aysel Əlibəyli 18 İyul 2026 · 15:45 1130 baxış DÇ-2026: İngiltərə və Fransa bürünc medal uğrunda üz-üzə gələcək Elpress.az xəbər verir ki, Bu gün 2026-cı il dünya çempionatında üçüncü yer uğrunda oyun keçiriləcək.Yarımfinalda məğlub olan […]

“Beşiktaş” Trossard transferində sona çatdı

Aysel Əlibəyli 12 İyul 2026 · 21:35 1153 baxış Türkiyənin “Beşiktaş” klubu Belçika millisinin üzvü Leandro Trossardın transferini yekunlaşdırmağa yaxındır. Elpress.az xəbər verir ki, “Beşiktaş” İngiltərənin “Arsenal” klubunda çıxış edən Leandro Trossardın transferi istiqamətində mühüm […]