--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

“Barselona” Kristensenlə müqaviləni uzatdı

Aysel Əlibəyli 01 İyul 2026 · 12:53 1044 baxış

Kataloniya klubundan müdafiəyə güvən: Andreas Kristensen daha iki il “Barselona”da qalacaq

İspaniyanın “Barselona” klubu müdafiə xəttinin əsas oyunçularından biri olan Andreas Kristensenlə yeni müqavilə imzalayıb.Klubun rəsmi məlumatına əsasən, 30 yaşlı danimarkalı müdafiəçi daha iki mövsüm Kataloniya təmsilçisinin formasını geyinəcək. Yeni anlaşmaya əsasən, tərəflərdən hər biri 2027-ci ilin yayında müqaviləyə vaxtından əvvəl xitam vermək hüququna malik olacaq.Andreas Kristensen 2022-ci ildən “Barselona”nın heyətində çıxış edir. O, bu müddət ərzində komandanın heyətində 98 oyunda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.Danimarkalı futbolçunun komandada saxlanılması “Barselona”nın müdafiə xəttində sabitliyi qorumaq planının bir hissəsi kimi qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ və İran Dohada dolayı danışıqlar keçirəcək

Next Article

AFFA rəsmisinə UEFA-dan yeni təyinat

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mərakeş millisi Fransa oyununa ciddi itki ilə çıxacaq

Aysel Əlibəyli 09 İyul 2026 · 15:19 1028 baxış Ismael Saibari zədə səbəbindən Mərakeş millisinin Fransa ilə keçirəcəyi dünya çempionatının 1/4 final oyununda iştirak etməyəcək. Elpress.az-ın Apasport.az-a istinadən verdiyi məlumata əsasən, Mərakeş millisi DÇ-2026-nın 1/4 […]

“Zirə” braziliyalı qapıçı ilə müqavilə imzaladı

Aysel Əlibəyli 20 İyun 2026 · 19:08 1062 baxış “Zirə” heyətini braziliyalı qapıçı Maykon Kleytonla gücləndirib. Azərbaycanın “Zirə” futbol klubu yeni transferini açıqlayıb. Komanda braziliyalı qapıçı Maykon Kleytonu heyətinə cəlb edib.27 yaşlı qolkiperlə 2 illik […]

Tələbə Liqasına möhtəşəm yekun

Aysel Əlibəyli 06 İyun 2026 · 14:30 1162 baxış Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə rəsmi şəkildə yekun vurulub və yarış gərgin mübarizə, maraqlı oyunlar və yüksək idman […]