--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Arsenal Premyer Liqada 22 il sonra yenidən zirvədə!

Elşən 20 May 2026 · 08:24 1165 baxış

İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünün çempionunun adına aydınlıq gəlib. Mövsüm ərzində sabit və inamlı çıxışı ilə diqqət çəkən Arsenal 22 ildən sonra yenidən ölkə çempionu olmağı bacarıb. London təmsilçisi XXXVII turun nəticələrindən sonra qızıl medalları vaxtından əvvəl təmin edib.

Elpress.az xəbər verirki, çempionluğun rəsmiləşməsinə əsas səbəb isə ən yaxın izləyici olan Manchester City klubunun səfərdə AFC Bournemouth ilə 1:1 hesablı heç-heçə etməsi olub. Bu xal itkisi nəticəsində “şəhərlilər” sona cəmi bir tur qalmış liderdən 4 xal geri düşərək çempionluq şansını tamamilə itiriblər.

Beləliklə, Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” uzun illərdən sonra yenidən İngiltərə futbolunun zirvəsinə yüksəlib. Komanda mövsüm boyu nümayiş etdirdiyi hücum futbolu, möhkəm müdafiə xətti və stabil nəticələri ilə azarkeşlərinin böyük rəğbətini qazanıb.

Qeyd edək ki, London klubu sonuncu dəfə 2003/2004 mövsümündə Premyer Liqanın qalibi olmuşdu. Həmin mövsüm “Arsenal” məğlubiyyətsiz çempion olaraq futbol tarixinə düşmüş və “Yenilməzlər” ləqəbini qazanmışdı. Bu dəfəki çempionluq da klub tarixinin ən yadda qalan uğurlarından biri kimi qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ ordusu Avropada yeni yerləşdirmə planı hazırlayır

Next Article

Lənkəranın bəzi kəndlərində elektrik enerjisində müvəqqəti fasilə olacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Basketbol millimiz seçmə mərhələni məğlubiyyətlə başa vurdu

Aysel Əlibəyli 05 İyul 2026 · 19:51 1094 baxış Azərbaycanın kişi basketbol millisi 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununa çıxıb və İrlandiyaya məğlub olub. Elpress.az xəbər verir ki, kişi basketbolçulardan ibarət Azərbaycan […]

Ersin Destanoğlu BƏƏ klubuna transfer olundu

Aysel Əlibəyli 13 İyul 2026 · 11:35 1068 baxış “Beşiktaş”dan ayrılan qapıçı Ersin Destanoğlu karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək. Elpress.az-ın Apasport.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyənin “Beşiktaş” klubundan ayrılan Ersin Destanoğlu Birləşmiş Ərəb Əmirliklərinin […]

Rəşad Rəsullu Hidayətin çəki probleminə aydınlıq gətirdi

Aysel Əlibəyli 16 İyul 2026 · 13:41 1064 baxış Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovun çəki problemi və sosial media paylaşımı ilə bağlı danışıb Elpress.az xəbər verir ki , Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu […]

Azərbaycan Etnoidman Festivalında təmsil olundu”

Aysel Əlibəyli 24 May 2026 · 21:29 1149 baxış İstanbulda təşkil olunan VIII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalı yekunlaşıb.Festival türk dünyasının ortaq irsinin, milli-mədəni dəyərlərin və ənənəvi idman növlərinin beynəlxalq səviyyədə tanıdılmasına həsr olunub. Elpress.az Azərtac […]