--:--:-- | 26 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Xəzərdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb, axtarışlar davam edir

Aysel Əlibəyli 22 İyun 2026 · 15:45 1060 baxış

Xəzər dənizinin Mərdəkan qəsəbəsi sahilində batan 4 nəfərdən 2-nin meyiti sudan çıxarılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dalğıc-xilasedicilərin apardığı axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun və 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun meyitləri tapılaraq aidiyyəti üzrə təhvil verilib.Hazırda digər iki şəxsin — 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun axtarışları davam etdirilir.Qeyd edək ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 kilometr aralıda, nəzarətsiz dəniz ərazisində baş verib. Hadisə ilə bağlı FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarış işlərinə cəlb olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Livanın bütövlüyü və İsrailin təhlükəsizliyi eyni vaxtda təmin edilə bilər

Next Article

Qubada sürüşmə qeydə alınıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mingəçevir ərazisində boğularaq həyatını itirib.

Aysel Əlibəyli 12 İyul 2026 · 21:06 1026 baxış Mingəçevir su anbarının ərazisində yerləşən çimərlikdə baş verən faciə nəticəsində Tərtər rayon sakini, 24 yaşlı Rəşad Çərkəzli boğularaq ölüb. Elpress.az xəbər verir ki, Mingəçevir su anbarının […]

Arazda itkin düşən şagirdin axtarışları davam edir

Aysel Əlibəyli 09 İyun 2026 · 15:21 1080 baxış Araz çayında batdığı ehtimal olunan 11-ci sinif şagirdinin axtarışları davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, axtarış-xilasetmə əməliyyatlarına nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli […]

Mərdəkanda dənizdə batan 4 nəfərdən ikisi qardaşdır

Aysel Əlibəyli 22 İyun 2026 · 15:51 1068 baxış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə batan 4 nəfərdən ikisinin qardaş olduğu məlum olub. Hadisə zamanı həyatını itirən şəxslərdən 2005-ci il təvəllüdlü Elnur Əbdülov və […]

Sabunçuda 19 kiloqram marixuana dövriyyədən çıxarıldı

Aysel Əlibəyli 03 İyul 2026 · 14:51 1032 baxış Sabunçu rayonunda polis əməkdaşlarının keçirdiyi növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitə aşkarlanıb, iki nəfər məsuliyyətə cəlb edilib. Elpress.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin […]