--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Sumqayıtda məktəbdə 14 şagird xəstəxanaya yerləşdirilib – Araşdırma aparılır

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 11:42 1088 baxış

Sumqayıt şəhərində yerləşən 36 nömrəli tam orta məktəbdə şagirdlərin səhhətində problem yaranıb.

Elpress.az xəbər verir ki, ilkin məlumata əsasən, 14 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya çatdırılıb. Onlardan 11-i oğlan, 3-ü isə qızdır.

TƏBİB-in məlumatına görə, şagirdlər saat 10:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunublar.

Hazırda onlara zəruri tibbi yardım göstərilir. Həkimlərin qiymətləndirməsinə əsasən, şagirdlərin vəziyyəti stabildir və müalicələri davam etdirilir.

Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır. Zəhərlənməyə səbəb ola biləcək amillərin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Next Article

AMB-də yeni baş direktor təyin edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Chevrolet” əvvəl “Opel”ə, sonra dirəyə çırpıldı

Aysel Əlibəyli 21 İyun 2026 · 18:26 1182 baxış Şəhərdə iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza Firuz Ələkbərov və Elməddin Nəsibov küçələrinin kəsişməsində qeydə alınıb. İlkin məlumata görə, “Chevrolet” və “Opel” […]

Hacıqabulda avtoxuliqanlıq edən sürücü saxlanılıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 09:43 1070 baxış Hacıqabulda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülər üçün təhlükə yaradan şəxs inzibati məsuliyyətə cəlb olunub. Elpress.az xəbər verir ki, Rayon Polis Şöbəsinin Dövlət Yol […]