--:--:-- | 26 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Naxçıvanda avtobus yanıb, alov digər nəqliyyat vasitəsinə keçdi

Aysel Əlibəyli 12 İyul 2026 · 21:40 1044 baxış

Naxçıvan şəhərində köhnə avtobusların saxlanıldığı ərazidə baş verən yanğın nəticəsində iki avtobusa ziyan dəyib.

Elpress.az Reaksiya.az-a istinadən bildirir ki, Naxçıvan şəhərində avtobusun yanması ilə nəticələnən hadisə qeydə alınıb. Yanğın köhnə avtobuslar üçün nəzərdə tutulmuş dayanacaq ərazisində baş verib.İlkin məlumata görə, alov istismardan çıxarılan avtobuslardan birində başlayıb və qısa müddətdə yaxınlıqda dayanmış digər avtobusa da keçib.Hadisə nəticəsində xəsarət alan olmasa da, avtobuslardan biri tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və polis əməkdaşları cəlb olunub.Operativ müdaxilə sayəsində yanğın qısa müddətdə lokallaşdırılaraq söndürülüb. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Beşiktaş” Trossard transferində sona çatdı

Next Article

Kürdəmirdə magistral su xətti partladı, rayon mərkəzi və 6 kənd susuz qaldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dənizdə batan Ruslan Azərbaycan çempionu imiş

Aysel Əlibəyli 06 Avqust 2026 · 22:20 1024 baxış Buzovnada dənizdə batan MAA tələbəsi Ruslan Həmidov “World Robot Caspian Cup” qalibi imiş Elpress.az xəbər verir ki, Avqustun 2-də Buzovna qəsəbəsində dənizin nəzarətsiz ərazisində batan şəxslərdən […]

İsmayıllıda 5 yaşlı uşaq hovuzda həyatını itirdi

Aysel Əlibəyli 13 İyul 2026 · 11:32 1054 baxış İsmayıllı rayonunda baş verən faciəli hadisə nəticəsində azyaşlı uşaq hovuzda boğularaq ölüb. Elpress.az xəbər verir ki , Hadisə İsmayıllı rayonunun Talıstan kəndində qeydə alınıb.Məlumata görə, 5 […]