--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Komaya düşən Nigarın həkimləri cəzalandırıldı

Aysel Əlibəyli 31 İyul 2026 · 12:18 1100 baxış

Rinoplastika sonrası komaya düşən Nigarın həkimləri məhkum edildi

Elpress.az xəbər verir ki, Bakıda rinoplastika əməliyyatından sonra komaya düşən 34 yaşlı Nigar Budaqlının işi üzrə məhkəmə qərarı açıqlanıb.Məhkəmənin hökmü ilə lor-estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva təqsirli bilinərək məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzalarını çəkməli olacaqlar.Mülki iddia da qismən təmin edilib. Təqsirləndirilən şəxslərin daha əvvəl ödədikləri məbləğlər nəzərə alınaraq Yaqub Əsədidən 14 min manat, Cəmilə Əliyevadan isə 61 min manat tutulmasına və zərərçəkənə ödənilməsinə qərar verilib.Qeyd edək ki, hadisə ötən ilin aprelində Bakıda yerləşən “MedAura” Klinikasında baş verib. Rinoplastika əməliyyatı keçirən Nigar Budaqlı bundan sonra komaya düşüb və ittihama əsasən, sağlamlığını itirərək yataq xəstəsi vəziyyətinə düşüb.Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi Rayon Prokurorluğuna müraciət edib və faktla bağlı araşdırma başlanıb. Həkimlərə Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kanadada məscid atəşə tutuldu

Next Article

İran İraqa dronlarla zərbə endirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 11:33 1125 baxış Quba İdman, istirahət, təlim və tədris kompleksində yarım milyon manatdan artıq ziyanla nəticələnən maliyyə pozuntuları araşdırılır. İş üzrə müəssisənin direktoru və mühasibi barəsində həbs qətimkan tədbiri […]

Kanadada faciə

Aysel Əlibəyli 21 İyul 2026 · 14:35 1240 baxış Torontoda yaşayan gənc azərbaycanlı həyatını itirdi Elpress.az xəbər verir ki, Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlı Cavid Babazadə vəfat edib. Məlumata görə, o, işlədiyi binadan yıxılaraq həyatını […]

Binə və Nardaranın bəzi ərazilərində qaz olmayacaq

Aysel Əlibəyli 11 Avqust 2026 · 08:44 1072 baxış Elpress.az xəbər verir ki, bu gün Binə və Nardaran qəsəbələrinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 11-də saat […]