--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Doğuşdan sonra 20 gün komada qalan Şəhla vəfat edib

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:37 1050 baxış

Qeysəriyyə əməliyyatından sonra səhhəti ağırlaşan 28 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb

Elpress.az xəbər verir ki, “Baku Medical Plaza”da qeysəriyyə əməliyyatından sonra komaya düşən 28 yaşlı Şəhla Muxtar qızı Quliyeva vəfat edib.Məlumata görə, qadının əməliyyatdan sonra beyninə qan sızıb və o, 20 gün komada qalıb. Həkimlərin səylərinə baxmayaraq, Şəhlanın həyatını xilas etmək mümkün olmayıb. Onun yeni doğulan övladının vəziyyətinin stabil olduğu bildirilib.Şəhla Quliyevanın yaxınları əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi ilə bağlı mətbuata müraciət edərək klinikanın ginekoloqu Təravət Hümbətovanı günahlandırıblar. Yaxınlarının iddiasına əsasən, əməliyyatdan təxminən 20 saat sonra qadının arterial təzyiqi 200-dən yuxarı qalxıb və beyninə güclü qanaxma baş verib. Qanaxmanın beyin kötüyünə ciddi zərər vurduğu və ona beyin ölümü diaqnozu qoyulduğu bildirilib.“Baku Medical Plaza” isə ittihamlarla bağlı açıqlamasında qeyd edib ki, Şəhla Quliyeva hamiləliyinin 22-ci həftəsində tibb müəssisəsinə müraciət edib və müayinələrdən sonra hamiləliyi tibbi nəzarətə götürülüb. Klinikanın məlumatına görə, iyulun 28-də tibbi göstərişlər və mövcud klinik protokollar əsasında qeysəriyyə əməliyyatı həyata keçirilib.Klinikanın açıqlamasında əməliyyatdan sonra pasiyentdə qəfil başlayan şiddətli baş ağrısı və qıcolma müşahidə olunduğu, aparılan müayinələr nəticəsində isə III dərəcəli mitral qapaq çatışmazlığının müəyyən edildiyi bildirilib. Bunun ardınca həkim konsiliumu keçirilib və pasiyentin həmin klinik vəziyyətdə cərrahi müdaxiləyə uyğun olmadığı qənaətinə gəlinib.Qeyd edək ki, Şəhla Quliyeva “Azərbaycan Supermarket” MMC-də təchizat üzrə mütəxəssis kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tupak Şakurun qətli ilə bağlı məhkəmə başladı

Next Article

Könül Qasımova yenidən həbs olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabunçuda ev yanğını: alovun qarşısı vaxtında alındı

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 08:08 1058 baxış Bakının Sabunçu rayonunda fərdi yaşayış evində yanğın baş verib. Elpress.az xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi, İ.Əfəndiyev küçəsində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə […]

Şükufə Yusupovanın vəziyyəti ağır olaraq qalır

Aysel Əlibəyli 23 Avqust 2026 · 14:49 1042 baxış Yol qəzasında xəsarət alan Xalq artisti reanimasiya şöbəsində müalicə olunur Elpress.az xəbər verir ki, Bakıda avtomobilin vurması nəticəsində xəsarət alan Xalq artisti Şükufə Yusupovanın son vəziyyəti […]

25 yaşlı gənc bıçaqlanıb.

Aysel Əlibəyli 01 İyun 2026 · 15:11 1132 baxış Şəmkir rayonunda bıçaqlanma faktı baş verib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, 1996-cı il təvəllüdlü Anar Lətiflinin mübahisə zamanı həmyerlisi, 2001-ci il təvəllüdlü Anar Əkbərovu bıçaqlamasına […]

Azərbaycanın sabiq səfiri Hacan Hacısoy vəfat edib

Aysel Əlibəyli 29 İyul 2026 · 09:53 1070 baxış Tanınmış neftçi alim, diplomat və şair Hacan Hacısoy vəfat edib. Elpress.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.Bildirilir ki, Hacan Hacısoy uzun sürən xəstəlikdən […]