--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

10 milyon manatlıq qanunsuz mərc şəbəkəsi aşkarlanıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 18:14 1050 baxış

Bakıda qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslər saxlanılıb

Elpress.az xəbər verir ki, Azərbaycanda qanunsuz onlayn mərc və kazino oyunlarının təşkilində şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin apardığı araşdırma nəticəsində “Xbet” və “MostBet” platformaları üzərindən vətəndaşların qanunsuz mərc oyunlarına cəlb edildiyi müəyyənləşdirilib.İstintaqın məlumatına görə, Zaur və Fuad Nərimanov qardaşları “Telegram” platformasında “AzeCash” adlı səhifə yaradaraq bu fəaliyyətin təşkilində iştirak ediblər. Onların paytaxtın Xətai rayonunda icarəyə götürdükləri mənzildə əməkdaşları yerləşdirərək fəaliyyət üçün texniki avadanlıq, bank kartları və mobil telefonlarla təmin etdikləri bildirilir.Əməliyyatın davamında Orxan Hüseynov, Zaur Şirinov və Emin Məmmədov da saxlanılıb. Araşdırmalar zamanı qrupun qanunsuz mərc və qumar fəaliyyətindən əldə etdiyi vəsaitləri müxtəlif yollarla leqallaşdırdığı və ümumi maliyyə dövriyyəsinin 10 milyon manata çatdığı müəyyən edilib.Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslərə ittihamlar irəli sürülüb. Məhkəmə qərarları ilə onların barəsində müxtəlif qətimkan tədbirləri seçilib.DİN vətəndaşları internet və sosial şəbəkələrdə təklif olunan qanunsuz mərc platformalarından istifadə etməməyə çağırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İşə getmədən maaş almaq mümkündür

Next Article

“Sabah” 1 qolluq fərqi aradan qaldırmaq istəyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nihat Kahveci saxlanılıb

Aysel Əlibəyli 14 İyul 2026 · 14:11 1088 baxış Türkiyə millisinin sabiq futbolçusu və idman şərhçisi Nihat Kahveci məişət zorakılığı iddiaları ilə bağlı polis tərəfindən saxlanılıb. Elpress.az xəbər verir ki, Məlumata görə, hazırda idman şərhçisi […]

“Kurtlar Vadisi”nin ssenaristləri Kozinoğlu işi üzrə ifadə verib

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 20:31 1054 baxış Serialdakı MİT zabiti obrazının Kaşif Kozinoğlundan ilhamlandığı iddia olunur Elpress.az xəbər verir ki, Türkiyədə keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) zabiti Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasında […]

Masallıda zibil poliqonunda yanğın

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:48 1048 baxış Masallıda poliqonda başlayan yanğının əkin sahələrinə keçmə riski var Elpress.az xəbər verir ki, Masallı rayonunda yerləşən zibil poliqonunda yanğın baş verib.Yanğın nəticəsində ərazi üzərində güclü tüstü […]

Zaqatalada ağır qəza: 4 nəfər yaralandı

Aysel Əlibəyli 03 İyul 2026 · 21:17 1096 baxış Elpress.az xəbər verir ki, Zaqatala rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində […]