--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

“Yüksəliş”də həlledici tur reallaşdı

Aysel Əlibəyli 14 İyun 2026 · 11:45 62 baxış

VI “Yüksəliş”in son turu keçirilib

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, VI “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi çərçivəsində Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda iki sessiya üzrə keçirilən İdarəetmə bacarıqları imtahanı baş tutub. Analitik təhlil imtahanını uğurla tamamlayan 1468 namizəd bu mərhələdə iştirak hüququ qazanıb.Müsabiqənin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, imtahan 3 hissədən — “Sabit situasiya əsaslı tapşırıqlar”, “Şaxələnən situasiya əsaslı tapşırıqlar” və “Emosional zəka” bloklarından ibarət olub və iştirakçılara ümumilikdə 120 tapşırıq təqdim edilib. İmtahanın ümumi müddəti isə 4 saat təşkil edib.Onun sözlərinə görə, beynəlxalq qiymətləndirmə standartlarına uyğun təşkil olunan imtahanın xüsusiyyətlərindən biri də xaricdə yaşayan namizədlərin distant formatda, proktorinq sistemi vasitəsilə və iki sessiya üzrə iştirak etməsidir. Proses zamanı təhlükəsizlik və şəffaflığın təmin olunması üçün müasir texnoloji həllərdən istifadə edilib, nəticələr isə T-şkala əsasında qiymətləndirilərək daha obyektiv və müqayisəli dəyərləndirmə imkanı yaradılıb.İmtahan nəticələrinin 5–7 iş günü ərzində iştirakçılara hesabat formasında təqdim olunacağı bildirilir. Əyani mərhələni uğurla tamamlayan namizədlər müsabiqənin yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar.Qeyd edək ki, VI mövsüm üzrə “Yüksəliş” müsabiqəsinə indiyədək 17 651 nəfər qeydiyyatdan keçib, onlardan 6112-si Analitik təhl

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Keçmiş arvadı ilə qayınanasını öldürdü.

Next Article

Britaniya Rusiyanın neft tankerini saxladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Məhərrəm ayı başladı: Aşura gününün tarixi məlum oldu

Aysel Əlibəyli 16 İyun 2026 · 00:15 66 baxış Bu gündən etibarən Azərbaycanda Hicri təqvimin ilk ayı olan Məhərrəm ayı başlayıb. Elpress.az xəbər verir ki, Məhərrəm ayının ilk günü Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə […]

Hövsandakı palçıqla bağlı həkimdən xəbərdarlıq

Aysel Əlibəyli 05 İyul 2026 · 20:13 22 baxış Hövsandakı “Duzlu göl” hər il yüzlərlə insanın üz tutduğu müalicəvi məkanlardan biri olsa da, həkimlər palçıqdan istifadənin riskləri barədə xəbərdarlıq edirlər. Elpress.az-ın Oxu.az-a istinadən verdiyi məlumata […]

Cuba ABŞ-nin mümkün hücum ehtimalına qarşı hazırlıq görür.

Aysel Əlibəyli 21 May 2026 · 23:03 71 baxış Cuba rəhbərliyi ABŞ-dən gələ biləcək mümkün hərbi müdaxilə təhlükəsi səbəbindən ölkənin müdafiə gücünü gücləndirir. Elpress.az-ın Yenicag.az-a istinadən yaydığı xəbərə görə, bu barədə CNN məlumat yayıb.Mənbələrin sözlərinə […]