FHN əməkdaşları ərazi qüvvələrinin fövqəladə hallara hazırlığını yoxlayıb
Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin iştirakı ilə nümunəvi məşq təşkil edib.Təlim “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusuna həsr olunub. Tədbirə Sumqayıt Regional Mərkəzinin aidiyyəti bölmələri, Xızı Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, Fövqəladə Hallar Komissiyası və ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb edilib.Məşqin əsas məqsədi fövqəladə vəziyyətlər zamanı ərazi qüvvələrinin çevik fəaliyyət göstərmək imkanlarını qiymətləndirmək, müxtəlif qurumların birgə fəaliyyətini əlaqələndirmək və komandir-rəis heyətinin idarəetmə bacarıqlarını artırmaq olub.Təlim çərçivəsində şəxsi heyətin fövqəladə hadisə barədə məlumatlandırılması, xəbərdarlıq siqnalından sonra toplanması, müəyyən edilmiş məntəqəyə hərəkəti və idarəetmə prosesləri yoxlanılıb. Eyni zamanda iştirakçıların funksional vəzifələri ilə bağlı məruzələri dinlənilib.Məşqə 50 nəfər şəxsi heyət və 14 texnika cəlb olunub. Tədbirin sonunda nəticələr təhlil edilib və aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.


