--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Təmayül məktəblərində işləmək istəyən müəllimlərin müsahibəsi keçirilir

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:49 1046 baxış

Yeni tədris modeli üzrə müəllimlərin peşəkar bacarıqları qiymətləndirilir

Elpress.az xəbər verir ki, Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində yeni təmayül tədris modeli tətbiq olunan ümumi təhsil müəssisələrində çalışmaq istəyən müəllimlər üçün müsahibə mərhələsi davam edir.Müsahibələrə həm yeni modelin tətbiq olunduğu məktəblərdə, həm də paytaxtın digər ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər SMS vasitəsilə dəvət olunurlar.Qiymətləndirmə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, ingilis dili, fizika, kimya, biologiya və informatika fənləri üzrə aparılır. Müsahibə zamanı namizədlərin peşəkar bilik və bacarıqları, pedaqoji fəaliyyət göstəriciləri və tədrisin keyfiyyətinə təsir edən digər meyarlar üzrə səriştələri komissiyalar tərəfindən qiymətləndirilir.Müsahibədən uğurla keçən müəllimlərə nəticə ilə bağlı SMS vasitəsilə məlumat göndəriləcək.Hazırda yeni təmayül tədris modeli üzrə şagird və müəllimlərin qeydiyyatı da davam edir. İndiyədək qabaqcıl pedaqoji təcrübəyə malik 5 mindən çox müəllim müsahibə mərhələsində iştirak etmək üçün müraciət edib.Yeni model tam orta təhsil səviyyəsində məktəblərin akademik imkanlarının gücləndirilməsini, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilini və onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafını dəstəkləməyi hədəfləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Salyanda 16 yaşlı qızın toyunun keçirilməsinin qarşısı alınıb

Next Article

Mahmut Demiryürek vəfat edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qusarda 18 küçə yenilənir

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:47 1028 baxış Qusar şəhərində küçələrin asfaltlanması və yol infrastrukturunun yaxşılaşdırılması davam etdirilir Elpress.az xəbər verir ki, Qusar şəhərində yol infrastrukturunun yenilənməsi ilə bağlı əsaslı təmir işləri həyata keçirilir.İşlər […]

MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir keçirdi

Aysel Əlibəyli 22 İyul 2026 · 19:34 1078 baxış Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat Günü münasibətilə təntənəli tədbir keçirilib. Elpress.az xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, […]

Bakı tələbə şəhərləri reytinqində yüksəlib

Aysel Əlibəyli 22 İyul 2026 · 12:20 1060 baxış Bakı dünyanın ən yaxşı tələbə şəhərləri siyahısında 95-ci yerdə qərarlaşıb Elpress.az xəbər verir ki, QS (Quacquarelli Symonds) təşkilatının 2026-cı il üzrə “Best Student Cities” reytinqinə əsasən, […]

Azərbaycanda boşanmaların nikahlara nisbəti 56-57 faizə çatıb

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:47 1052 baxış Dövlət Statistika Komitəsindən narahatedici rəqəmlər: 2026-cı ilin ilk 5 ayında 8 mindən çox boşanma qeydə alınıb Elpress.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı […]