--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Sabah havanın temperaturu 35 dərəcəyədək yüksələcək

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:28 1074 baxış

Bakıda 32, Azərbaycanın bəzi rayonlarında isə 35 dərəcəyədək isti hava gözlənilir

Elpress.az xəbər verir ki, Sentyabrın 5-də Azərbaycanda əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Bununla belə, bəzi ərazilərdə qısamüddətli yağış ehtimalı var.Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində bəzi yerlərdə qısamüddətli yağış yağa bilər. Cənub-şərq küləyinin axşam saatlarında arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcəyi bildirilir. Paytaxt və yarımadada gecə temperaturu 18–21, gündüz isə 28–32 dərəcə isti olacaq.Bölgələrdə də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün ikinci yarısında bəzi dağlıq ərazilərdə yağış, ayrı-ayrı yerlərdə leysan, şimşək və dolu ehtimalı var. Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə oluna bilər.Rayonlarda temperaturun gecə 16–21, gündüz 30–35 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlıq ərazilərdə isə gecə 11–16, gündüz 20–25 dərəcə isti olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

SOCAR-ın “Comstock Resources”la əməkdaşlığı qaz şirkətinə yeni bazarlar açacaq

Next Article

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 12 oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda 11 marşrut bu dayanacaqlarda saxlamayacaq

Aysel Əlibəyli 10 Avqust 2026 · 06:26 1076 baxış Bakının mərkəzi küçələrindən birində aparılan təmir işləri ilə əlaqədar 11 marşrut avtobusunun hərəkətində müvəqqəti dəyişiklik ediləcək. Elpress.az xəbər verir ki, avqustun 10-da paytaxtın Puşkin küçəsinin Xaqani […]

Bu gün ilin ən uzun günü yaşanır

Aysel Əlibəyli 21 İyun 2026 · 18:18 1182 baxış Elpress.az xəbər verir ki, iyunun 21-i saat 12:24-də Azərbaycanda astronomik yay fəsli başlayıb. Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına görə, bu tarixdə Şimal yarımkürəsində yay, Cənub […]

Avqustda əlavə qeyri-iş günü olmayacaq

Aysel Əlibəyli 09 İyul 2026 · 15:50 1110 baxış 2026-cı ilin istehsalat təqviminə əsasən, avqust ayında əlavə qeyri-iş günü nəzərdə tutulmayıb. Elpress.az xəbər verir ki, 2026-cı il üzrə iş vaxtı norması və istehsalat təqviminə əsasən, […]