Sabah Abşeron çimərliklərində hava necə olacaq?
Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 19-da Abşeron çimərliklərində gözlənilən hava şəraitini açıqlayıb.Bildirilib ki, gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti olacaq.


