--:--:-- | 26 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Sabah Azərbaycanda hava necə olacaq? – PROQNOZ

Aysel Əlibəyli 06 Avqust 2026 · 12:54 1042 baxış

Avqustun 7-də Azərbaycanda əsasən sabit və isti hava şəraiti müşahidə olunacaq.

Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Paytaxtda havanın temperaturu gecə 22-25°, gündüz isə 30-34° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 faiz, gündüz 50-55 faiz təşkil edəcək.Rayonlarda da əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə oluna bilər.

Rayonlarda havanın temperaturu gecə 22-26°, gündüz 34-39° isti, dağlıq ərazilərdə isə gecə 15-20°, gündüz 23-28° isti olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ceyhun Bayramov Kiyevdə Ukrayna istehsalı olan PUA-ların sərgisinə baxıb

Next Article

Pensiya və müavinətlərin ödəniş tarixləri açıqlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

65 yaşlı həkimlərlə bağlı qərarda dəyişiklik gündəmdə

Aysel Əlibəyli 17 İyun 2026 · 13:55 1136 baxış Regionlarda həkim çatışmazlığının aradan qaldırılması məqsədilə 65 yaş həddinə çatmış həkimlərin fəaliyyətinə davam etməsinə icazə verilməsi nəzərdə tutulur. Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında […]

Anar Bayramovdan yeni kadr qərarı

Aysel Əlibəyli 03 İyun 2026 · 11:51 1251 baxış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr islahatları davam edir. Elpress.az FED.az-a istinadən xəbər verir ki, qurumun yeni rəhbərliyi mərkəzi aparatın daha 11 əməkdaşı ilə əmək […]

Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı artıb

Aysel Əlibəyli 28 İyul 2026 · 13:34 1030 baxış Son beş ildə autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox yüksəlib Elpress.az xəbər verir ki, Azərbaycanda son beş ildə autizm spektr pozuntusu diaqnozu qoyulan uşaqların […]

Həyətdə maşın yumaq cərimə ilə nəticələnə bilər

Aysel Əlibəyli 31 İyul 2026 · 11:59 1040 baxış Avtomobili və xalçanı həyətdə yuyanlar hansı halda cərimələnə bilər? Elpress.az xəbər verir ki, Çoxmənzilli binaların həyətlərində avtomobil və xalça yuyulması ilə bağlı məsuliyyət məsələsi gündəmə gəlib.Qanunvericilikdə […]