--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Prokurorluğa qulluğa qəbul imtahanı oktyabrın 9-da keçiriləcək

Aysel Əlibəyli 30 Sentyabr 2026 · 13:24 1052 baxış

Test imtahanı Bakıdakı Elektron imtahanlar korpusunda təşkil olunacaq

Elpress.az xəbər verir ki, Prokurorluq orqanlarında qulluğa qəbul üzrə cari ildə elan edilmiş müsabiqənin test imtahanının vaxtı müəyyənləşib.Sənədləri qəbul edilmiş namizədlər üçün imtahan oktyabrın 9-da saat 10:00-dan etibarən keçiriləcək. Test imtahanının müddəti 3 saat olacaq.İmtahan Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 108 ünvanında yerləşən Elektron imtahanlar korpusunda təşkil ediləcək.Namizədlər buraxılış prosedurunun vaxtında həyata keçirilməsi üçün imtahana ən azı 1 saat əvvəl gəlməli, “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər. İmtahan elektron formada, kompüter vasitəsilə keçiriləcək.Test başa çatdıqdan sonra hər bir iştirakçıya nəticəsi barədə məlumat-arayış təqdim olunacaq. Sənəd həmçinin namizədin şəxsi kabinetinə yüklənəcək.Qeyd edək ki, test imtahanının ödənişli keçirilməsi nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yasamalda su xəttində qəza baş verib

Next Article

Türkiyə Müdafiə Nazirliyi Azərbaycandakı birgə hərbi təlimdən görüntülər yayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nardaranda məktəbin qarşısında dini şüarlar səsləndirilib

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 16:08 1072 baxış Bakının Nardaran qəsəbəsində 130 saylı məktəbin qarşısında bir qrup şəxsin dini məzmunlu şüarlar səsləndirdiyi bildirilir. Elpress.az xəbər verir ki, “Ölkə.az”ın yaydığı məlumata görə, hadisə məktəblərdə vahid […]

“BakuBus” qadın sürücüləri işə qəbul edəcək

Aysel Əlibəyli 26 İyul 2026 · 21:11 1076 baxış “BakuBus” qadın sürücülərin ictimai nəqliyyat sahəsinə cəlb olunması üçün yeni vakansiya elan edib. Elpress.az xəbər verir ki, “BakuBus” MMC ictimai nəqliyyatda gender bərabərliyinin təşviqi və inklüziv […]

FHN-də 28 May – Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib

Aysel Əlibəyli 26 May 2026 · 17:20 1204 baxış Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 28 May – Müstəqillik Günü münasibətilə silsilə tədbirlər təşkil olunub. Elpress.az-ın məlumatına əsasən Tədbirlər çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi […]

Əvəzləyici avtobusların gediş haqqı bəlli oldu

Aysel Əlibəyli 04 Avqust 2026 · 14:23 1060 baxış Metroda xətlərin ayrılması başlanır: “Nizami” və “28 May” arasında işləyəcək əvəzləyici avtobuslar ödənişli olacaq Elpress.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC Qırmızı və Yaşıl xətlərin ayrılması […]