--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

MEDİA statistik məlumatların düzgün təqdim edilməsinə çağırdı

Aysel Əlibəyli 20 İyun 2026 · 19:01 1054 baxış

MEDİA xəbər və statistik məlumatların yayımında mənbə, metodologiya və kontekstin düzgün göstərilməsinin vacibliyini vurğulayıb.

Medianın İnkişafı Agentliyi (MEDİA) mediada statistik məlumatların təqdimatı zamanı məlumatların mənbəyinin, hazırlanma metodologiyasının və ümumi kontekstinin düzgün izah edilməsinin vacibliyini açıqlayıb.Agentliyin rəsmi saytında yayımlanan məlumatda bildirilib ki, bəzi media subyektləri Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunan 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələri ilə bağlı elmi-statistik göstəriciləri təhrif olunmuş formada təqdim edib.Qeyd olunub ki, bəzi saytlarda “Azərbaycanda 200 tələbə vəfat etdi” kimi reallığı düzgün əks etdirməyən və cəmiyyətdə yanlış təsəvvür yarada biləcək şişirdilmiş başlıqlardan istifadə edilməsi qəbuledilməzdir.MEDİA media qurumlarını “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə və peşəkar jurnalistika prinsiplərinə əməl etməyə çağırıb. Agentlik xüsusilə vurğulayıb ki, statistik məlumatların yayımlanması zamanı yalnız rəqəmləri təqdim etmək deyil, onların mənbəyini, necə əldə olunduğunu və hansı şəraitdə qiymətləndirilməli olduğunu da düzgün izah etmək vacibdir.Açıqlamada ictimai əhəmiyyət daşıyan mövzuların işıqlandırılmasında məsuliyyətli və obyektiv yanaşmanın medianın əsas vəzifələrindən biri olduğu bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hörmüz boğazı yenidən bağlandı – media

Next Article

ABŞ və İran arasında yeni danışıqlar İsveçrədə keçiriləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

18 aptekdə nöqsan – inzibati protokollar tərtib edilib

Aysel Əlibəyli 02 İyun 2026 · 11:16 1124 baxış 2026-cı ilin may ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ölkə üzrə ümumilikdə 56 aptekdə genişmiqyaslı yoxlama aparılıb və fəaliyyət göstərən əczaçılıq müəssisələrinin normativ tələblərə uyğunluğu […]

Kür və Arazda təhlükə: Sululuq artır, subasma riski yaranıb

Aysel Əlibəyli 26 İyun 2026 · 14:55 1046 baxış Elpress.az xəbər verir ki, iyunun 27-si axşam saatlarından başlayaraq 28-i səhərədək Bakıda və Abşeron yarımadasında intensiv leysan yağışlarının yağacağı proqnozlaşdırılır. Havanın ildırımlı keçəcəyi, gecə saatlarında isə […]

Bakı tələbə şəhərləri reytinqində yüksəlib

Aysel Əlibəyli 22 İyul 2026 · 12:20 1024 baxış Bakı dünyanın ən yaxşı tələbə şəhərləri siyahısında 95-ci yerdə qərarlaşıb Elpress.az xəbər verir ki, QS (Quacquarelli Symonds) təşkilatının 2026-cı il üzrə “Best Student Cities” reytinqinə əsasən, […]