--:--:-- | 13 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Hörmüz boğazı qlobal narahatlıq yaratdı

Aysel Əlibəyli 30 May 2026 · 00:28 84 baxış

Beynəlxalq Enerji Agentliyi (IEA), Beynəlxalq Valyuta Fondu (IMF), Dünya Bankı (WB) və Ümumdünya Ticarət Təşkilatının (WTO) rəhbərləri Hörmüz boğazındakı vəziyyətlə bağlı birgə xəbərdarlıq yayıblar.

Elpress.az Azərtac-a istinadən xəbər verir ki, bəyanatda Hörmüz boğazı vasitəsilə neft nəqlində yaranan fasilələrin qlobal iqtisadi sabitlik və enerji təchizatı üçün artan risklər yaratdığı vurğulanıb.Qeyd edilib ki, mövcud vəziyyət səbəbindən qlobal neft ehtiyatları rekord sürətlə azalır.Bildirilib ki, təklif həcmləri normallaşmayacağı təqdirdə, yay aylarında tələbin pik dövründə neft ehtiyatlarının azalmasının davam etməsi enerji təhlükəsizliyi, bazar sabitliyi və ümumi iqtisadi dayanıqlıq üçün ciddi risklər doğura bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məktəb rəhbəri dünyasını dəyişdi

Next Article

Ağdərədə müəmmalı tapıntı: Sümük qalıqları itkin ailəyə aid ola bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qəbulun II cəhdi üçün qeydiyyat başladı.

Aysel Əlibəyli 25 May 2026 · 11:48 94 baxış II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin II cəhdi 5 iyul tarixində təşkil olunacaq. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, […]

Azərbaycanda ukraynalı uşaqlar üçün xüsusi proqram

Aysel Əlibəyli 08 İyun 2026 · 15:03 34 baxış Ukraynadan Azərbaycana gətirilmiş daha 30 uşaq sosial reabilitasiya xidmətləri ilə təmin olunub. Elpress.az APA-ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, […]