--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

FHN və DSX Sahil Mühafizəsində birgə təlim keçirib

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:41 1082 baxış

Təlim zamanı şərti yanğına müdaxilə və xilasetmə əməliyyatları həyata keçirilib

Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin birgə iştirakı ilə təlim təşkil olunub.Sahil Mühafizəsində keçirilən tədbirə hər iki qurumun müvafiq şəxsi heyəti və texnikası cəlb edilib. Təlimin əsas məqsədi əməkdaşların fövqəladə hallar, xüsusilə yanğın zamanı düzgün davranış və təxliyə qaydaları üzrə hazırlığını artırmaq, həmçinin yanğından mühafizə və xilasetmə bölmələrinin fəaliyyətini təkmilləşdirmək olub.Tədbirin nəzəri hissəsində fövqəladə hallar zamanı təhlükəsizlik tədbirləri barədə məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları praktiki şəkildə nümayiş etdirilib.Praktiki mərhələdə şərti yanğınla bağlı “Həyəcan” siqnalı verilib. Sahil Mühafizəsinin əməkdaşları alova ilkin müdaxilə edib, FHN-in yanğından mühafizə bölmələri isə hadisə yerinə operativ şəkildə gələrək şərti zərərçəkmişlərin təxliyəsi, ərazidə kəşfiyyatın aparılması və yanğının söndürülməsi üzrə tədbirlər həyata keçirib.Təlimin yekununda nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və yanğın təhlükəsizliyinə məsul şəxslərə maarifləndirici materiallar təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiyadan Azərbaycana 1 milyon rubldan çox nağd pul çıxarmaq qadağan edilib

Next Article

Fransada lisey aksiyalarında 164 nəfər saxlanılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda bazar günü 40 dərəcəyədək isti olacaq

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:24 1054 baxış Bakı və Abşeronda temperatur 36, bölgələrdə isə 40 dərəcəyə yüksələcək Elpress.az xəbər verir ki, Avqustun 23-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətinin məlumatına […]

Sabah hava pisləşəcək: güclü yağış və dolu gözlənilir

Aysel Əlibəyli 30 May 2026 · 12:45 1203 baxış Mayın 31-də bəzi rayonlarda yağış və dolu gözlənilir Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxtda hava dəyişkən buludlu […]

Avqustda 10 gün iş olmayacaq

Aysel Əlibəyli 20 İyul 2026 · 16:50 1108 baxış Avqust ayında iş və istirahət günlərinin sayı açıqlanıb Elpress.az xəbər verir ki, Azərbaycanda avqust ayında rəsmi bayram və ya anım günü olmadığından qeyri-iş günləri yalnız həftəsonlarına […]

Sabah çimərliklərdə hava açıqlanıb

Aysel Əlibəyli 18 İyul 2026 · 16:31 1100 baxış Sabah Abşeron çimərliklərində hava necə olacaq? Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 19-da Abşeron çimərliklərində gözlənilən hava şəraitini açıqlayıb.Bildirilib ki, gün ərzində mülayim şimal-qərb […]