--:--:-- | 25 İyul 2026, Şənbə
Son Xəbər
Yüklənir...

FHN müxtəlif istiqamətlər üzrə silsilə maarifləndirmə tədbirləri təşkil edib.

Aysel Əlibəyli 14 İyun 2026 · 11:35 1068 baxış

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirlərinin təşkili həyata keçirilib.

Aidiyyəti qurumların iştirakı ilə fövqəladə hallarla bağlı davranış qaydaları haqqında əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər təşkil olunub.Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də qatıldığı tədbirlər Sumqayıt Regional Mərkəzi tərəfindən “Regnum Hotel”də, Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 11 saylı körpələr evi-uşaq bağçasında, Abşeron Rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbində və Novxanı kənd 13 saylı uşaq bağçasında, Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən bölməsində, Cənub Regional Mərkəzi tərəfindən Lerik rayonunun N.Muradov adına Günəşli kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində və Quba rayonunun Afurca kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasında, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı rayon Heydər Əliyev Mərkəzində, Aran Regional Mərkəzi tərəfindən isə Goranboy şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında maarifləndirici görüşlər keçirilib.Tədbirlərin əsas məqsədi mümkün təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları barədə əhali arasında maarifləndirməni gücləndirmək, bu istiqamətdə bilik və bacarıqları artırmaq olub.Görüşlərdə fövqəladə halların təsnifatı, ölkə ərazisində daha çox rast gəlinən təbii və texnogen risklər, xüsusilə yanğın və zəlzələ zamanı davranış qaydaları barədə ətraflı məlumat verilib, həmçinin FHN-in “112” qaynar xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları praktik şəkildə nümayiş etdirilib.İnteraktiv formatda keçən tədbirlər zamanı iştirakçıların sualları cavablandırılıb və mövzu üzrə geniş izahlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

9 turnirdə 8 məğlubiyyət qeydə alınıb.

Next Article

Keçmiş arvadı ilə qayınanasını öldürdü.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ rəsmisi Şəhidlər xiyabanını ziyarət edib

Aysel Əlibəyli 02 İyun 2026 · 17:13 1114 baxış Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr Şəhidlər xiyabanında olub. Elpress.az Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bununla bağlı açıqlama ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial şəbəkə […]

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ bir neçə rayonda hiss edildi

Aysel Əlibəyli 12 İyun 2026 · 16:42 1101 baxış Azərbaycanda 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. Elpress.az xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 15:13-də Qəbələ rayonu […]

Cuba ABŞ-nin mümkün hücum ehtimalına qarşı hazırlıq görür.

Aysel Əlibəyli 21 May 2026 · 23:03 1077 baxış Cuba rəhbərliyi ABŞ-dən gələ biləcək mümkün hərbi müdaxilə təhlükəsi səbəbindən ölkənin müdafiə gücünü gücləndirir. Elpress.az-ın Yenicag.az-a istinadən yaydığı xəbərə görə, bu barədə CNN məlumat yayıb.Mənbələrin sözlərinə […]

Magistraturaya qəbulun yekun nəticələri açıqlandı

Aysel Əlibəyli 03 İyul 2026 · 14:26 1044 baxış Dövlət İmtahan Mərkəzi (DİM) 14 iyun 2026-cı il tarixində keçirilən magistraturaya qəbul imtahanının ikinci cəhdi üzrə yekun nəticələri, o cümlədən esse qiymətləndirilmələri ilə birlikdə ictimaiyyətə təqdim […]