--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Dövlət qurumlarında 16 vakansiya üzrə müsahibə elan edildi

Aysel Əlibəyli 05 İyun 2026 · 15:37 1246 baxış

İyunun 5-də 8 dövlət orqanı üzrə inzibati vəzifələrin 2–4-cü təsnifatlarına uyğun 16 vakansiyanın tutulması məqsədilə daxili müsahibə elan edilib.

İyunun 5-də 8 dövlət orqanı üzrə inzibati vəzifələrin 2–4-cü təsnifatlarına uyğun ümumilikdə 16 vakansiyanın tutulması məqsədilə daxili müsahibə elan olunub. Müsahibəyə çıxarılan vəzifələrdən 4-ü ikinci, 11-i üçüncü, 1-i isə dördüncü təsnifata aiddir. Ən yüksək vəzifə isə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru vəzifəsidir.Qanunvericiliyin tələblərinə uyğun olaraq, müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçiriləcək. Bu yanaşma vətəndaşların prosesə daha rahat çıxışını təmin etməklə yanaşı, vaxt itkisini və əlavə maliyyə xərclərini minimuma endirməyə, eyni zamanda Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin daha operativ və əlçatan olmasına şərait yaradır.Daxili müsahibədə yalnız vəzifənin tutulması üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququ qazanır. Namizədlər iyunun 5-dən 19-dək saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalına daxil olaraq “Dövlət qulluğu üzrə müraciət Forması”nı elektron qaydada doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zakir Fərəcov səyyar görüş təşkil edib.

Next Article

Çempionlara rəsmi təbrik: Sevinc dalğası

Bəlkə də, sizin üçün maraqlı olar ...;

☀️ İlin ən uzun gündüzü və ən qısa gecəsi

Aysel Əlibəyli 21 İyun 2026 · 20:07 1104 baxış Bu gün ölkədə ilin ən uzun gündüzü və ən qısa gecəsi müşahidə olunur. Yay fəslinin başlanğıcı iyunun 21-i saat 12:24-də qeydə alınıb və bu an yay […]

Külək güclənir: Əhaliyə sarı xəbərdarlıq edildi

Aysel Əlibəyli 11 İyun 2026 · 17:27 1072 baxış Milli Hidrometeorologiya Xidməti ölkənin bir sıra ərazilərində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq yayıb. Elpress.az xəbər verir ki, iyunun 12-13-də Bakıda və Abşeron yarımadasında, […]

Onlara ümumilikdə 271 min reabilitasiya vasitəsi təqdim edilib.

Aysel Əlibəyli 19 May 2026 · 11:29 1079 baxış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar–aprel aylarında əlilliyi olan 5700 nəfəri ümumilikdə 271 min reabilitasiya vasitəsi […]