--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azad edilmiş ərazilərdə yeni xəstəxanalar layihələndirilir

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:28 1060 baxış

Səhiyyə Nazirliyi xəstəxana layihələrində enerji səmərəliliyi və beynəlxalq standartları nəzərə alır

Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə yeni xəstəxanaların layihələndirilməsi istiqamətində işlər davam etdirilir.Səhiyyə Nazirliyinin rəsmisi Cabir Muradov bildirib ki, Böyük Qayıdış proqramına uyğun olaraq xəstəxanaların layihələndirilməsi nazirlik tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, layihələr hazırlanarkən Azərbaycan qanunvericiliyi ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının standartları da nəzərə alınır.Nazirlik rəsmisi xəstəxana binalarında enerji səmərəliliyi ilə bağlı tələblərin tətbiqi, eləcə də tikintidə istifadə ediləcək izolyasiya materiallarının hansı standartlara uyğun olması məsələlərinin də diqqətdə saxlanıldığını qeyd edib.Energetika Nazirliyinin rəsmisi Cahid Mikayılov isə bildirib ki, binalarda enerji effektivliyi pasportu ilə bağlı tələb 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək. Onun sözlərinə görə, həmin tarixədək mövcud norma və standartlar əsasında tikinti davam etdiriləcək, standartlar yeniləndikcə tələblər də dəyişə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanın Latviyadakı yeni səfiri etimadnaməsini təqdim edib

Next Article

Bolqarıstan Müdafiə Nazirliyinin nümayəndələri Azərbaycanda olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əvəzləyici avtobusların gediş haqqı bəlli oldu

Aysel Əlibəyli 04 Avqust 2026 · 14:23 1068 baxış Metroda xətlərin ayrılması başlanır: “Nizami” və “28 May” arasında işləyəcək əvəzləyici avtobuslar ödənişli olacaq Elpress.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC Qırmızı və Yaşıl xətlərin ayrılması […]

Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:02 1058 baxış Sentyabrın 13-də bəzi dağlıq ərazilərdə yağış, şimşək və dolu gözlənilir Elpress.az xəbər verir ki, Sentyabrın 13-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasında […]

AYNA 6 yeni ekspres avtobus marşrutunu istifadəyə verir

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:07 1114 baxış Paytaxt nəqliyyatında yeni addım: AYNA 6 yeni ekspres marşrut xətti açır və mövcud xətlərdə avtobus sayını artırır Elpress.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) […]