--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycanda leysan və şimşək – son vəziyyət

Aysel Əlibəyli 14 Avqust 2026 · 10:42 1056 baxış

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir. Ölkənin bəzi ərazilərində fasilələrlə yağış yağır, ayrı-ayrı rayonlarda leysan xarakterli yağıntı və şimşək müşahidə olunur.

Elpress.az xəbər verir ki, avqustun 14-ü saat 10:00-a olan məlumata əsasən, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv və güclü olub.Ən çox yağıntı Sarıbaşda (Qax) – 53 mm, Balakəndə – 45 mm, Zaqatalada – 44 mm, Xınalıqda – 40 mm qeydə alınıb.Digər ərazilərdə düşən yağıntının miqdarı belə olub:

Qrız – 20 mm

Qusar – 10 mm

Gədəbəy – 10 mm

Quba və Tovuz – 8 mmAğdam – 7 mmXaçmaz, Şabran və Kişçay (Şəki) – 4 mmDaşkəsən, Lənkəran, Ceyrançöl və Culfa – 3 mmŞahdağ və Qəbələ – 2 mmGöygöl, Gəncə, Naftalan, Oğuz, Tərtər, Mingəçevir, İsmayıllı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Sabirabad, həmçinin Bakı və Abşeron yarımadasında – 1 mm yağıntı düşüb.Xüsusilə dağlıq və dağətəyi ərazilərdə yağıntıların güclənməsi ilə yanaşı, şimşək çaxması da müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 14-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşə biləcəyi gözlənilir.

Məlumata əsasən, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər güclənəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman da müşahidə oluna bilər.Bakıda və Abşeron yarımadasında isə avqustun 14-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış ehtimalı var.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ronaldo saçının rəngini dəyişdi

Next Article

İyulda 876 mindən çox şəxs sosial müavinət və təqaüd alıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yasamalda su xəttində qəza baş verib

Aysel Əlibəyli 30 Sentyabr 2026 · 13:20 1050 baxış H.Zərdabi küçəsində su axıntısının qarşısı alınıb, təmir işləri davam edir Elpress.az xəbər verir ki, Bakının Yasamal rayonunda içməli su xəttində qəza baş verib.Hadisə H.Zərdabi küçəsi 69 […]

FHN və DSX Sahil Mühafizəsində birgə təlim keçirib

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:41 1060 baxış Təlim zamanı şərti yanğına müdaxilə və xilasetmə əməliyyatları həyata keçirilib Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri ilə […]

ADY-dən sərnişinlərə əlavə qatar reysləri

Aysel Əlibəyli 25 Avqust 2026 · 15:06 1060 baxış “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatının artması ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Elpress.az xəbər verir ki, əlavə qatar səfərləri sentyabrın 5, […]