--:--:-- | 30 İyul 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

65 yaşlı həkimlərlə bağlı qərarda dəyişiklik gündəmdə

Aysel Əlibəyli 17 İyun 2026 · 13:55 1114 baxış

Regionlarda həkim çatışmazlığının aradan qaldırılması məqsədilə 65 yaş həddinə çatmış həkimlərin fəaliyyətinə davam etməsinə icazə verilməsi nəzərdə tutulur.

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında ölkədə, xüsusilə regionlarda mövcud olan həkim çatışmazlığı məsələsi geniş müzakirə olunub. Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, bu problem uzun müddətdir aktualdır və onun həlli istiqamətində müxtəlif görüşlər, dinləmələr və aidiyyəti qurumlarla müzakirələr aparılır.Müzakirələr zamanı qeyd edilib ki, Tibb Universitetini bitirən, lakin rezidentura təhsili almamış gənc həkimlərin Təkmilləşdirmə İnstitutu vasitəsilə regionlara yönləndirilməsi planlaşdırılır. Bununla yanaşı, 65 yaş həddinə çatmış təcrübəli həkimlərin də təqaüdə göndərilməsi məsələsinə yenidən baxılması gündəmdədir.Yeni yanaşmaya əsasən, həmin həkimlərin fəaliyyətini davam etdirməsinə şərait yaradılması və onların regionlarda səhiyyə xidmətlərinin gücləndirilməsində iştirak etməsi nəzərdə tutulur. Əhliman Əmiraslanov bu addımların səhiyyə sistemində mövcud boşluqların aradan qaldırılmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

MEDİA-da beynəlxalq media əməkdaşlığı müzakirə edildi

Next Article

Əhmədlidə açıq ərazidə güclü yanğın

Bəlkə də, sizin üçün maraqlı olar ...;

DİN-də 6 ayın yekunlarına həsr olunan Kollegiya iclası keçirildi

Aysel Əlibəyli 09 İyul 2026 · 15:26 1040 baxış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində 2026-cı ilin ilk altı ayının əməliyyat-xidməti fəaliyyətinin nəticələrinə həsr olunmuş Kollegiya iclası keçirilib. Elpress.az xəbər verir ki, Kollegiya iclasına daxili işlər […]

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib

Aysel Əlibəyli 06 İyun 2026 · 14:23 1127 baxış Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında Vl siniflər üçün monitorinq keçirilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Naxçıvanda monitorinq 17 […]

Sabahın hava proqnozu açıqlandı

Aysel Əlibəyli 22 İyul 2026 · 12:39 1032 baxış Sabah Bakıda günəşli, bəzi dağlıq rayonlarda isə yağışlı hava gözlənilir Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 23-nə olan hava proqnozunu açıqlayıb. Bakıda və Abşeron […]

Sabah bu ərazidə qaz kəsiləcək

Aysel Əlibəyli 06 İyul 2026 · 19:11 1048 baxış “Azəriqaz”dan xəbərdarlıq: Sabah Balaxanıda qaz təchizatı müvəqqəti dayandırılacaq Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunun bir hissəsində abonentlər qazsız qalacaq. Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi əhaliyə […]