--:--:-- | 08 Avqust 2026, Şənbə
Son Xəbər
Yüklənir...

151 illik yol: Azərbaycan mətbuatı milli sözün və həqiqətin keşiyində

Aysel Əlibəyli 22 İyul 2026 · 01:14 1060 baxış

Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü qeyd olunur. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən əsrlər ərzində ölkənin ictimai-siyasi, mədəni və mənəvi həyatında mühüm rol oynayıb.

Elpress.az xəbər verir ki, müstəqillik illərində Azərbaycan mediasının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Söz və mətbuat azadlığının təmin olunması, jurnalistlərin fəaliyyətinin dəstəklənməsi, media mühitinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində ardıcıl addımlar atılıb.

Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə media sahəsində islahatların yeni mərhələsinə start verilib. Həmin sənədə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb.

Bu gün Azərbaycan mediası rəqəmsal transformasiya dövrünə uyğun inkişaf edərək cəmiyyətin operativ və obyektiv məlumatlandırılması, milli maraqların qorunması və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

151 illik şərəfli yol keçən Azərbaycan mətbuatı bundan sonra da peşəkarlıq, məsuliyyət və milli dəyərlərə sadiqlik prinsiplərinə əsaslanaraq ölkənin inkişafına töhfə verməyə davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Naftalanda şəhid ailələri və qazilər üçün reabilitasiya proqramı davam edir

Next Article

“Limon turşusu” ləqəbli tiktoker həbs edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Güclü külək qatarları gecikdirdi

Aysel Əlibəyli 27 İyul 2026 · 12:16 1030 baxış Abşeronda güclü külək bəzi qatarların hərəkətində qısamüddətli gecikməyə səbəb olub Elpress.az xəbər verir ki, Abşeron yarımadasında müşahidə olunan güclü külək nəticəsində elektrik enerjisinin təchizatında yaranan kəsinti […]

Tovuz abituriyentlərinə DİM-dən xəbərdarlıq

Aysel Əlibəyli 14 İyun 2026 · 11:19 1078 baxış DİM bu tip imtahanlarda qaydalara ciddi əməl olunmasını tələb edir Bu səbəbdən 27 iyun – 2 iyul tarixlərində Tovuz şəhərində keçirilməsi planlaşdırılan qabiliyyət imtahanlarının yeri dəyişdirilərək […]

DANIŞAN VƏTƏN,YOL QARDAŞI – SABİR BƏY!

Elşən 19 May 2026 · 14:06 1136 baxış Məhəmməd Peyğəmbərimiz İmam Əli haqqında danışarkən belə demişdir:“Ya Əli, sənin doğulduğunu görməsəydim, sənə Allah deyərdim!” Dövrünün elmi-fəlsəfi və poetik düşüncələri ilə hamıdan öndə olan İmam Əliyə Peyğəmbərimiz […]

☀️ İlin ən uzun gündüzü və ən qısa gecəsi

Aysel Əlibəyli 21 İyun 2026 · 20:07 1120 baxış Bu gün ölkədə ilin ən uzun gündüzü və ən qısa gecəsi müşahidə olunur. Yay fəslinin başlanğıcı iyunun 21-i saat 12:24-də qeydə alınıb və bu an yay […]