--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Zelenski: Ukrayna kritik infrastruktura zərbələri dayandırmağa hazırdır

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 20:39 1088 baxış

Kiyev Rusiyanın da analoji öhdəlik götürəcəyi təqdirdə razılaşmaya hazır olduğunu açıqlayıb

Elpress.az xəbər verir ki, Ukrayna Rusiya ilə kritik infrastruktura qarşı zərbələrin dayandırılması barədə razılaşma əldə etməyə hazırdır.Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, belə bir razılaşmanın mümkün olması üçün tərəfdaş ölkələr Rusiyanın öhdəliklərə əməl etməsinə təminat verməlidir.Zelenskinin sözlərinə görə, ərzaq, enerji və insanların normal həyat fəaliyyəti üçün vacib olan digər infrastruktur obyektləri hücumlardan qorunmalıdır.O qeyd edib ki, Rusiya hər gün Ukraynanın enerji obyektlərini, limanlarını, logistika mərkəzlərini, həmçinin ərzaq və dərman anbarlarını hədəfə alır.Prezident vurğulayıb ki, tərəfdaşlar Rusiyanın Ukraynanın enerji və digər kritik infrastrukturu ilə yanaşı, ərzaq daşımalarına zərbələr endirməməsini təmin edərsə, Kiyev də qarşılığında öz zərbələrini dayandırmağa hazırdır.Zelenski razılaşmanın etibarlı və uzunmüddətli mexanizmə əsaslanmalı, insanların həyatına real təsir göstərməli olduğunu bildirib. Onun sözlərinə görə, kritik infrastruktura zərbələrin dayandırılması müharibənin sona çatdırılması istiqamətində ilk addım ola bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tramp: Məğlub İran ABŞ-la razılaşmaq istəyir

Next Article

“Neftçi” Elvin Camalovla yollarını ayırıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kreml ABŞ-ın yeni sanksiyalarına münasibət bildirib

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 16:01 1096 baxış Peskov sanksiyaların Ukrayna nizamlanması üzrə irəliləyişlərə töhfə verməyəcəyini deyib Elpress.az xəbər verir ki, Kreml ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyaların Ukrayna münaqişəsinin nizamlanması istiqamətində […]

Zelenski Sırskinin istefasını nəzərdən keçirir

Aysel Əlibəyli 18 İyul 2026 · 15:49 1102 baxış Zelenski Ukrayna ordusunun baş komandanını vəzifədən uzaqlaşdıra bilər Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Silahlı Qüvvələrin Baş Komandanı Aleksandr Sırskinin vəzifədən kənarlaşdırılmasını nəzərdən keçirdiyi […]

İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər ölüb

Aysel Əlibəyli 19 İyun 2026 · 18:41 1152 baxış İsrail ordusunun Livana endirdiyi zərbələr nəticəsində həyatını itirənlərin sayı 47 nəfərə çatıb. Elpress.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.Məlumata görə, hücumlar zamanı […]

Fransada əmanətlərə vergi təklifi siyasi gərginlik yaradıb

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:07 1052 baxış Hökumət yeni vergi ilə bağlı sənədin qərar olmadığını açıqlayıb, məlumat sızması araşdırılır Elpress.az xəbər verir ki, Fransada 2027-ci il Sosial Təminat Büdcəsinin hazırlanması çərçivəsində əməkdaşların topladığı […]