--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Zəlzələdən bir həftə sonra Kolumbiyada səma qırmızıya boyandı

Aysel Əlibəyli 18 Avqust 2026 · 08:47 1050 baxış

Elpress.az xəbər verir ki, Kolumbiyada baş verən güclü zəlzələdən təxminən bir həftə sonra bəzi bölgələrdə səmanın tünd qırmızı və narıncı rəngə boyanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Avqustun 10-da ölkənin qərbində 7,4 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Çoko bölgəsində, San Xose del Palmar yaxınlığında qeydə alınıb. Zəlzələ Kali, Pereyra və Manizales kimi şəhərlərdə də hiss olunub və bir sıra ərazilərdə dağıntılara səbəb olub.Hadisədən bir neçə gün sonra gün batımı zamanı qeydə alınan qeyri-adi görüntülərin yeni zəlzələlərin xəbərçisi olduğu ilə bağlı sosial mediada müxtəlif iddialar yayılıb. Lakin bu fikirləri təsdiqləyən elmi sübut yoxdur.

Mütəxəssislərə görə, günəş batarkən işığın atmosferdə daha uzun məsafə qət etməsi qırmızı və narıncı rənglərin daha intensiv görünməsinə səbəb ola bilər. Atmosferdəki toz, tüstü, müxtəlif hissəciklər və buludların quruluşu da səmanın rəngini daha da tündləşdirə bilər.Sosial şəbəkələrdə yayılan görüntülərin əlaqələndirildiyi Qaleras isə Narino bölgəsində yerləşən aktiv vulkandır. Vulkanın vəziyyəti Kolumbiyanın Geoloji Xidməti tərəfindən seysmik, geodeziya, geokimyəvi və vizual müşahidələr vasitəsilə daim nəzarətdə saxlanılır.

Beləliklə, səmanın qırmızı rəng alması özlüyündə zəlzələ və ya yeni seysmik aktivliyin göstəricisi hesab edilmir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakının 5 əsas yolunda sıxlıq yaranıb – SİYAHI

Next Article

Özbəkistanda Azərbaycanla media əməkdaşlığı genişləndirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zədələnmiş tanker Samsun sahillərində saya oturdu

Aysel Əlibəyli 30 Avqust 2026 · 19:15 1052 baxış Qara dənizdə PUA hücumuna məruz qalaraq zədələnən tanker Türkiyənin Samsun vilayətində sahilə çıxıb. Elpress.az xəbər verir ki, Honqkonq bayrağı altında üzən “M/T Golden Sapling” tankeri Türkiyə […]

ABŞ İsrailə İrana zərbə endirməməsi barədə xəbərdarlıq edib

Aysel Əlibəyli 28 Avqust 2026 · 19:51 1032 baxış Vaşinqton İsraili İranla bağlı birtərəfli hərbi addımdan çəkinməyə çağırıb Elpress.az xəbər verir ki, ABŞ administrasiyasının İsrailə İranla bağlı xəbərdarlıq etdiyi bildirilir.“Əl-Hədəs” telekanalının mənbələrə istinadən yaydığı məlumata […]