--:--:-- | 13 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq edilib

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:17 1024 baxış

Fukui prefekturasında 111 minə yaxın sakinə təxliyə çağırışı olunub

Elpress.az xəbər verir ki, Yaponiyanın Fukui prefekturasında yağan güclü yağışlar səbəbindən təbii fəlakət riski artıb və əhaliyə xəbərdarlıq edilib.“Kyodo”nun məlumatına görə, Fukui, Ono və Katsuyama şəhərlərində əvvəlcə güclü yağışla bağlı ən yüksək – 5-ci səviyyəli xəbərdarlıq qüvvəyə minib. Daha sonra xəbərdarlıq 4-cü səviyyəyə endirilib. Buna baxmayaraq, təhlükəli ərazilərdə yaşayan sakinlərə təxliyə olunmaları tövsiyə edilib.Güclü yağıntılar nəticəsində bəzi yollar və yaşayış evləri su altında qalıb, çaylarda suyun səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Beş bələdiyyədə təxminən 111 min nəfərə təhlükəsiz ərazilərə köçmək çağırışı edilib.Katsuyama, Sakai və Fukui şəhərlərində bazar günü səhərədək yağıntının miqdarı 300 millimetrdən çox olub. Sakai şəhərində su səviyyəsinin yüksəlməsinin qarşısını almaq üçün bənddən əlavə su buraxılması da nəzərdən keçirilir.Meteoroloqlar qeyri-sabit atmosfer şəraiti ilə əlaqədar Yaponiyanın qərbindən şərqinə qədər geniş ərazidə güclü yağışların davam edəcəyini proqnozlaşdırırlar. Hokuriku regionunda 24 saat ərzində 120 millimetrədək, Çuqoku regionunda isə 80 millimetrədək yağıntı düşə biləcəyi bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gürcüstan-Moskva avtobusu qəzaya uğrayıb: 5 ölü

Next Article

Cəlilabadda ikimərtəbəli ev tamamilə yanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kadırov NATO ölkələrini hədələdi

Aysel Əlibəyli 18 İyul 2026 · 15:52 1078 baxış Kadırov NATO ölkələrinə qarşı sərt çağırış etdi Elpress.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya silah və kəşfiyyat dəstəyi göstərən NATO ölkələrinə qarşı sərt bəyanatla […]

İran İraqa dronlarla zərbə endirdi

Aysel Əlibəyli 31 İyul 2026 · 12:20 1042 baxış İraqın Süleymaniyyə bölgəsində İranın hücumu olduğu ehtimal edilən partlayışlar baş verib Elpress.az xəbər verir ki, İraqın şimalında yerləşən Süleymaniyyə bölgəsində səhər saatlarında dron hücumlarından sonra silah […]

Ukrayna Kramatorskdakı zavodları təxliyə edir

Aysel Əlibəyli 11 İyun 2026 · 22:35 1106 baxış Ukrayna hakimiyyəti Kramatorsk şəhərində fəaliyyət göstərən bir sıra sənaye müəssisələrinin ölkənin qərbinə köçürülməsi prosesini sürətləndirib. Elpress.az xəbər verir ki, bu barədə The Economist məlumat yayıb.Nəşrin məlumatına […]